Məqalələr

Məqalə Foto Həzrət İmam Hüseynin (ə) əxlaqi səciyyələri
Məqalə Şəkili

Həzrət İmam Hüseynin (ə) əxlaqi səciyyələri

Bildiyiniz kimi İslam dininə görə İmamət mərtəbəsi olduqca məsuliyyətli və əhəmiyyətli bir vəzifədir. Belə ki, Uca Yaradanın Peyğəmbərimizin (s) vasitəsilə bəşəriyyətə ərməğan etdiyi həqiqi dinin saflığı və təhriflərdən, xurafatlardan qorunub, saxlanması məhz İmamın öhdəsinə düşür.
Peyğəmbərimizin (s) tam hüquqlu canişini sayılan İmam, dinimizdə hələ də xalqa tam, şərhli formada bəlli olmayan mühüm məsələləri, insanlara olduğu kimi, lazımı formada izah verib, açıqlayır.
İmam, həmçinin, dinə qarşı irəli sürülən yanlış iddiaları, dinimizlə fikri mübarizə aparan yadların müxtəlif şübhələrini mükəmməl şəkildə cavablandırır.
İmam Peyğəmbərimizdən (s) sonra müsəlmanların rəhbərliyini öhdəsinə alaraq, ən ali hökmə və həlledici qərarlara sahibdir.
İmam həm də, nümunəvi bəndə, kamil bir insan olaraq ilahi höccəti və Allahın yer üzərindəki ən əzəmətli feyz, mərhəmət vasitəsidir.
Sözsüz ki, belə ağır, ciddi və dəyərli vəzifənin öhdəsindən gələn şəxs olduqca ali mə`nəvi keyfiyyətlərə malik olub, hər bir günahdan, xətadan uzaqdır. Yə`ni məsum insandır. Elə bunun üçün də, bu məqama seçilən şəxslər birbaşa Allah-taala tərəfindən tə`yin olunur.
İmam Hüseyn (ə) də digər imamlar (ə) kimi mə`sumdur. Bundan əlavə o, ilahi kamilliyin tam zirvəsində durur.


1-İbadəti
﴿وما أمروا إلّا لیعْبدوا اللّه مخْلصین له الدّین حنفاء ویقیموا الصّلاة ویؤْتوا الزّکاة وذلک دین الْقیّمة﴾
“Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”
Tarixçilərin yazdıqlarına və mə`sumlardan bizə gəlib çatmış hədislərə əsasən İmam Hüseyn (ə) Allaha olan ibadətinə ciddi şəkildə əhəmiyyət verir, gün ərzində vaxtının çox hissəsini yüzlərlə rükət namaz qılaraq, ibadətlə keçirirdi. Keçən bəhslərimizdə işarə etdiyimiz kimi O, iyirmi beş dəfə piyada həcc ziyarətinə getmişdi.
İbn Əbdül Birr deyir: «Həzrət Hüseyn (ə) çox fəzilətli və Allahşünas bir şəxs idi. O, çoxlu namaz, oruc və həcc yerinə yetirirdi.»
İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn Zübeyrə yetişdikdə dedi: «Allaha and olsun elə şəxsi öldürdülər ki, gecələr uzun-uzadı ibadət edir, gündüzlər də oruc tuturdu.»
Zərəndi Hənəfi deyir: «Hüseyn ibn Əli (ə) namaz, oruc, həcc və sonsuz ibadət əhli idi. Səxavətli və kəramətli idi.»
Məhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn Əli (ə) təvazökar və abid bir şəxs idi. Gecələr oyaq qalıb, ibadətlə məşğul olardı...»


2-Güzəşt və mərhəməti
﴿وجزاء سیّئةٍ سیّئةٌ مّثْلها فمنْ عفا وأصْلح فأجْره على اللّه﴾
«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.» (Şura surəsi, ayə 40.)
Mərhəmət və şəfqət imamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli olduğu zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən şəxslərlə təmkinlə davranmışdır, O, nəinki, səbirsizlik göstərərək onları cəzalandırmamış hətta dini nəciblik nümayiş etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi sakitləşdirməyə çalışmışdır. Ona qarşı edilən ədəbsizliyin nə qədər böyük olmasına baxmayaraq, əməlinin qəbahətini anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış, təqsirinə göz yummuşdur. İmamın (ə) saymaqla qurtarmayan belə alicənab hərəkətlərindən bir neçəsinə işarə edirik:
a) Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə deyir: «Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak, əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan düşmənçilik hissim indi daha da alovlanmağa başladı. Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq mehribancasına söylədi: «Şam (Dəmeşq) əhlisənmi?»
Dedim: «Hə, nə olub ki?»
Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət Məhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım, mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, mənim işimi çətinləşdirməyəsən. Allaha tövbə et və bağışlanmağını dilə. Əgər məndən kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım olsa, nəyə ehtiyacın varsa sənə verərəm. Həmçinin doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq yoluna irşad edərəm.»
Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) səmimiyyət, mərhəmət dolu sözlərinin qarşısında utandım və ona dediyim ləyaqətsiz sözlərə görə xəcalət çəkib, peşman oldum.
İmam Hüseyn (ə) mənim peşman olduğumu duyaraq, Yusif peyğəmbərin (ə) öz günahkar qardaşlarına söylədiyi bu ayəni oxudu: «Bu gün sizə qarşı heç bir danlaq və məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin ən mərhəmətlisidir.»
Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə o qədər təsir etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer yarılaydı, yerə girəydim. Amma Hüseynə (ə) belə ədəbsizcəsinə davranmyaydım.»
b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək yeyirdi. Elə bu vaxt qaynar xörəklə dolu qazanı süfrəyə gətirən qul ehtiyatsız davranaraq, isti xörəyin hamısını İmamın (ə) üstünə dağıtdı. Cəzalandırılacağından qorxan qul üzünü İmama (ə) tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim olarlar.»
İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın.»
Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar. »
İmam (ə) buyurdu: «Səni bağışladım.»
Qul yenə bir ayə oxudu: «Allah gözəl əməl sahiblərini sevir.» (Ali İmran surəsi, ayə 134. )
İmam (ə) buyurdu: «Səni Allah yolunda azad etdim.» Sonra isə qula cürbə-cür qiymətli hədiyyələr verərək onu azad etdi.»
v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz deyə və sol qulağımın kənarına keçib peşman olduğunu söyləyərək üzr istəyə, mən onu bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: «Allahın Rəsulundan (s) eşitdim: «Üzr istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız.»

3-Səxavəti
﴿والّذین صبرواْ ابْتغاء وجْه ربّهمْ وأقامواْ الصّلوة وأنفقواْ ممّا رزقْناهمْ سرًّا وعلانیةً ویدْرؤون بالْحسنة السّیّئة أوْلئک لهمْ عقْبى الدّار﴾
«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir və pisliyin qarşısını yaxşılıq etməklə alırlar (gözəl) axirət yurdu məhz onlarındır.» (Rəd surəsi, ayə 22.)

İmam Hüseyn (ə) böyük kəramət və səxavət sahibi idi. O, maddi imkani az olan şəxslərə, ehtiyaclı insanlara əl tutur və daim onların köməyinə çatırdı. Bəzi nümunələr:
a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı ktabında Şüeyb ibn Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) şəhid edildikdən sonra, onun kürəyində qabar bağlamış yaralar göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin əlamətləri olmadığını görüb, İmam Səccadı (ə) yaxına çağırdılar. Ona bunun nə olduğunu soruşdular. Həzrət Səccad (ə) buyurdu: «Atam gecələr (niqabla üzünü örtüb) çörək və yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar söylədiyim kisələrin izləridir. »
Bəli, elə buna görə də, Həzrət İmam Məhəmməd Baqir (ə), Şəhidlər ağası Hüseyni (ə) «yetimlərin baharı və sevinci» adlandırmışdır.
b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu Haşim Qənnaddan nəql edir ki; «Bəsrə şəhərindən Həzrət Hüseynə (ə) nəfis hədiyyələrlə dolu karvan gəldi. Bu vaxt İmam (ə) bir ağacın kölgəsində əyləşmişdi. O, bütün hədiyyələri zavallı, yoxsul insanlara paylayıb qurtarmayınca öz yerindən qalxmadı.»
v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət Hüseynin (ə) hüzuruna gəldi və ona məktub verdi. Məktubda yazılmışdı: «Ey Əba Abdullah (ə)! Beş yüz dinar borcum var. Borclu olduğum şəxslər məni incidir. Onlar səbirsizliklə pulu ödəməyimə israr edirlər. Mənim isə heç nəyim yoxdur. Get, onlarla danış, pul sahiblərini qane et ki, mən pul toplayana qədər gözləsinlər.»
İmam (ə) məktubu oxuduqdan sonra borclu kişini evinə də`vət etdi. Ona min dinar pul verərək belə buyurdu: «Bu pulun beş yüz dinarı ilə borcunu ödə. Yerdə qalan beş yüz dinarla isə öz həyatını yenidən qur ki, heç kimə möhtac olmayasan.»
q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn (ə) yataqda xəstə yatan Usamə ibn Zeydin yanına onu yoxlamağa getdi. Xəstənin gözü İmama (ə) sataşdıqda kədərli halda dərindən ah çəkdi. İmam (ə) buyurdu: «Qardaşım, nə üçün qəmlisən?» Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə, min dinar miqdarında bəzi şəxslərə borcum var.»
Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm.»
Usamə dedi: «Qorxuram ki, borclu halda öləm.»
İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki sağsan, mən sənin borcunun hamısını ödəyərəm.»Və belə də etdi.»
q) Yaqut Müstəsəmi, Ənəs ibn Malikdən belə rəvayət edir: «Mən (Ənəs ibn Malik) İmam Hüseynlə (ə) birlikdə söhbət edirdim. Elə bu vaxt kənizi İmamın (ə) yanına gələrək ona bir ədəd qızıl gül bağışladı. İmam (ə) buyurdu: «Allah yolunda səni azad etdim.»
Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var ki, siz bunun üçün kənizi azad etdiniz?»
İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə etmişdir: Ənəs ibn Malik«Sizə xeyirxahlıq etdikdə siz də, ondan daha yaxşı xeyirxahlıq və daha üstün hədiyyə edin.»
d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu vaxt yoxsul bir ərəb onun evinə gələrək, kömək istədi. İmam (ə) namazı qurtarıb Qənbər adlı xidmətçisinə buyurdu: «Hicazdan evimizin ehtiyaclarını ödəmək üçün gələn puldan bir şey qalıbmı?»
Qənbər dedi: «Yalnız dörd min dinar qalıb.»
İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını buraya gətir. Bu şəxsin pula bizdən daha çox ehtiyacı var.»
Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq, belə söylədi: «Əfsuslar olsun ki, bu səxavətli əllər sonda torpaqla örtüləcək.»
e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol kənarında kimsəsiz itə yemək verən, nəvaziş göstərən bir qulu gördü. Ondan nə üçün belə etdiyini soruşdu. Qul dedi: «Mən həm qəzəbli və həm də kədərliyəm. Bu çarəsiz iti sevindirərkən xoşhal oluram. Mənim sahibim yəhudidir. O, məni incidir.»
İmam Hüseyn (ə) yəhudinin yanına getdi və qulun pulunu ödəyib, azad etmək istədi. Yəhudi Həzrət Hüseyni (ə) tanıdı. O, İmamın (ə) hörmətinə qulu pul almadan azad etdi. Belə olduqda İmam (ə) pulu da qula verdi.»
ə) «Əbdürrəhman Səlami, İmam Hüseynin (ə) övladlarından birinə «Həmd» surəsini öyrətdi. Övladının «Həmd» surəsini əzbər oxuduğunu görən İmam (ə), Əbdürrəhmana min dinar pul, bir ovuc dürr hədiyyə verdi. Və buyurdu: «Bütün bunlar sənin işin müqabilində dəyərli deyildir.»
j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə gəldim. Kənizi ona su verdi. İmam (ə) mehribanlıqla onun üzünə baxıb bir miqdar pul hədiyyə etdi və buyurdu: “Bununla ailənin ehtiyaclarını ödə. »
z) Əbul Müəyyid, Həsən Bəsridən nəql edir ki, İmam Hüseynin (ə) bol bəhrəli bir bağı var idi. Günlərin birində İmam (ə) bağına baş çəkməyə getdikdə «Safi» adlı qulunun orada oturub nahar yediyini gördü. Qul hər dəfə özü üçün çörək kəsib götürdükdə yanındakı kimsəsiz itə də verir, onun da qayğısına qalırdı. Yeməyi qurtardıqda qul dedi: «Bütün aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər olsun! Ey mənim Allahım, ağamı və məni bağışla...»
İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən azadsan və mən bu bağı da Allah yolunda sənə hədiyyə edirəm.»


4- Təvazökarlığı
﴿واخْفضْ جناحک للْمؤْمنین﴾
«Mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et)!» ( Hicr surəsi, ayə 88.
Diqqət etmək lazımdır ki, İlahi şəxsiyyətlərin ən ali mənəvi xüsusiyyətlərindən biri də, onların təvazökarlığıdır. Deməli İmam Hüseyn (ə) izzət, iftixar və vüqar imamı olduğu kimi, eyni halda təvazökarlıq, ürəyiaçıqlıq və şəfqət imamıdır. O, necə ki, digər üstün mənəvi, ruhani xislətləri ilə məşhurdur, öz təvazökarlığı ilə də həmişə müsəlman aləminin diqqət mərkəzində olmuşdur. O, heç vaxt digər insanlara laqeyd münasibət bəsləməmiş, qullar, yoxsullar və hətta uşaqlarla birlikdə əyləşib onlara qonaq olmuşdur.
Həzrət Hüseyn (ə) nəinki heç vaxt miskin insanlara etinasızlıq, hörmətsizlik etməmiş, həqiqətdə həmişə onlara xüsusi ehtiram və qayğıyla yanaşmışdır. Bununla da o, öz rəftarı ilə bütün bəşər övladına daim təvazökarlıq dərsi vermişdir. Bu barədə bir neçə rəvayət sizə təqdim edirik:
a) «Bir qrup kimsəsiz, yoxsul adamlar bərabər oturaraq əski parçalarının üzərinə tökdükləri quru çörək qırıntılarını yeyirdilər. İmam Hüseyn (ə) onların yanından keçərkən onu da yeməyə dəvət etdilər. İmam (ə) fağırların dəvətini qəbul etdi və onlarla bərabər diz üstə əyləşib çörək qırıntılarından yeməyə başlayaraq buyurdu: «Şübhəsiz ki, Allah-taala təkəbbürlü (loğva) insanları sevmir.» Yeyib qurtardıqdan sonra isə buyurdu: «Sizi evimə dəvət etsəm qəbul edərsinizmi?»
Dedilər: «Bəli.» İmam onları evinə apardı və möhtəşəm qonaqlıq verdi.»
b) Şəhidlərin ağası Hüseyn (ə) bir dəstə yetim, zavallı uşağın yol kənarında yığışaraq quru çörək yediyini gördü. Uşaqlar İmamı (ə) gördükdə onu da birgə yeməyə çağırdılar. İmam (ə) uşaqların dəvətini mehribanlıqla qəbul etdi. Onlara qoşulub çörək yedi. Sonra onları ehtiramla evinə aparıb qonaq etdi. O, uşaqlara geyim və ərzaq da verdi. İmam (ə) buyurdu: «Bu balacalar çox səxavətlidir, çünki onlar əllərində olan yeganə azuqələrini mənimlə palyaşdılar.»
v) Biyabanda yaşayan köçəri bir ərəb İmam Hüseynə (ə) yaxınlaşaraq əsəbi halda dedi: «Sən çox təkəbbürlü görünürsən?»
İmam Hüseyn (ə) gülümsəyərək buyurdu: «Qardaşım, təkəbbür yalnız tək olan Allah-taalaya məxsusdur və Uca Tanrıdan qeyrisinə təkəbbürlü olmaq yaraşmaz. Amma o ki, qaldı mənim rəftarıma, məgər eşitməmisən ki, Allah buyurur: «İzzət Allaha və Peyğəmbərinə və mömünlərə məxsusdur?» (Yəni mən izzət və vüqar sahibiyəm, lakin təkəbbürlü deyiləm.)

5-Allah qorxusu
﴿إنّما یخْشى اللّه منْ عباده الْعلماء﴾
«Bəndələri içərisində Allahdan ancaq alimlər qorxar.(Fatir surəsi, ayə 28.)

(Onlar elm sahibləri olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)»
Mənəvi üstünlüklərin və İlahi əxlaqın şahı olan İmam Hüseynin (ə) olduqca dəyərli və hamımıza nümünə ola biləcək xüsusiyyətlərindən biri də, ona daim hakim olan Allah qorxusu idi. O, Böyük Yaradana olan sonsuz imanı nəticəsində həmişə Allah qarşısında məsuliyyət hissi daşıyır, Qüdrətli Xaliqi hər şeyə nazir görərək öz bəndəliyinə aciz şəkildə izhar edirdi.
a) İbn Səbbağ Maliki «Fusulül-mühimmə» adlı kitabında rəvayət edir ki, Həzrət Hüseyn (ə) həmişə namaz qılmaq istərkən qorxusundan rəngi saralardı. Bunun səbəbini ondan soruşduqda isə buyurdu: «Heç bilirsinizmi mən kimin qarşısında durub ibadət etmək istəyirəm?»
b) İbn Şəhr Aşub yazır: «İmam Hüseyndən (ə) soruşdular: «Nə üçün Allahdan bu qədər qorxursan?»
İmam (ə) buyurdu: «Yalnız bu dünyada Allahdan qorxan (və əməllərinə diqqət edən) insanlar qiyamət gününün (əzabından) əmin-amanlıqda olacaqlar.»
İmamımızın (ə) Allah-taalaya əsl itaətkar qul olmasını özündə təcəssüm etdirən çox saylı minacatları da mövcuddur.

6-Allah eşqi
﴿والّذین آمنواْ أشدّ حبًّا لّلّه﴾
«Allaha iman gətirənlərin Onaolan məhəbbəti dahada şiddətlidir.» Bəqərə surəsi, ayə 165.
İmam Hüseyn (ə) Allah qarşısında məsuliyyət və qorxu hissi ilə bərabər Tanrıya olan eşqi, sevgisi ilə də məşhur idi. Necə ki, Qurani-Kərim mömünləri vəsf edərək buyurur: “Bizim ayələrimizə iman gətirənlər yalnız o şəxslərdir ki, «... öz Allahını qorxu və məhəbbətlə (ümidlə) səsləyirlər...»[ Səcdə surəsi, ayə 15-17.]
Elə buna görədə İmam Hüseyn (ə) belə buyurur: «İlahi, kor olsun o gözlər ki, səni özünə hakim bilməyə və həmçinin necə də, bədbəxtdir o bəndə ki, sənə eşq məhəbbət bəsləməyə»
İmam Hüseynin (ə) ibadi minacatları, həqiqətdə Allah hüzurunda izhar etdiyi «eşqnamə» ləridir. Məşhur «Ərəfə» duasını oxuyan hər kəs Allah müqabilində aciz və eyni halda aşiq bir qulun öz ağası ilə necə də raz-niyaz etdiyinin şahidi olur.
Bu duada, Allahına, «mən sənə müştaq və sənin aşiqinəm» «sən mənim arzumsan»-deyə, müraciət edən Hüseyn (ə) həmçinin öz «qəlbində Allahdan qeyrisinin eşq-məhəbbəti olmadığına» da təkid edir. O, əsl eşqin, həqiqi məhəbbətin Tanrıya məxsus olduğunu dəfələrlə vurğulayaraq buyurur: «İlahi, səni tanımayan şəxs nəyi tapmış olur, səni tapan insan isə nəyi itirmiş olur? Ey Allah, səndən başqasına razılaşan şəxs, hər bir şeydən məhrumdur!»
Bütün vücudunu Allah eşqi saran Həzrət Hüseyn (ə) sanki hər ləhzə onun varlığını daha da hiss edir və hər an ilahi gözəlliyini yaxından seyr edərək, öz sevgisini izhar edir: «Ey Böyük Allah bütün varlığı sənə bağlı olan bir şey sənin varlığına necə dəlil ola bilər? Sən nə vaxt gizli olmusan ki, insanları sənə doğru hidayət edən bir sübuta ehtiyac duyulsun? Nə vaxt uzaqlaşmısan ki, nişanə və əlamətlərin səni insanlara tanıtdırsın? Məndən ayrılmamısan ki, sənin hüzurunu istəyim? Gizli qalmamısan ki, səni aşkara çıxardım? Kor olsun səni görməyən gözlər! Bir halda ki, sən həqiqətən də, onun yanındasan və ondan muğayatsan!»
Əziz oxucu, bir sözlə doğrudan da, imam Hüseyn (ə) bir «ilahi eşq» məktəbidir.

7-Ədəb və nəzakəti
﴿وقل لّعبادی یقولواْ الّتی هی أحْسن... ﴾
«(Ya Rəsulum!) Bəndələrimə de ki, «ən gözəl sözləri söyləsinlər»...» «Ərəfə duası», səh. 6.

Sözsüz ki, Əhli-beyt (ə) öz gözəl xüsusiyyətləri ilə daim ən kamil insan nümunəsi olmuşdur. Həzrət Əbu Abdullah Hüseyn (ə) də alicənablığı, ədəb və nəzakətinə görə İslam dünyasında böyük rəğbətlə mədh edilir. Belə ki, onun hələ uşaqkən özündə əks etdirdiyi bu nəcib xüsusiyyətinə həmişə müsəlmanlar tərəfindən sitayiş edilmişdir. İmamın (ə) bu gözəl, dəyərli xasiyyətinə bir neçə nümunə gətiririk:
a) İmam Hüseyn (ə) hələ kiçik yaşlarında öz qardaşı ilə çay kənarından keçirdi. Onlar səhv şəkildə dəstəmaz alan bir kişi ilə rastlaşdılar. Kişi utandırmamaqla bərabər ona düzgün formada dəstəmaz almadığını anlatmaq məqsədi ilə olduqca nəzakətli bir yol seçdilər. Qardaşlar kişinin yanına gəlib, belə söylədilər: «Əmi, bax gör biz hansımız yanlış formada dəstəmaz alırıq?»
Sonra isə hər ikisi düzgün şəkildə dəstəmaz aldılar.
Uşaqların ağıllı rəftarı nəticəsində səhvini anlayan kişi gülüb dedi: «Siz ikinizdə dəstəmaz əməlini doğru şəkildə əncam verdiniz. Mənim dəstəmaz almağım isə yanlış idi. Amma indi sizin alicənab hərəkətiniz ilə mən düzgün formada dəstəmaz almağı öyrəndim.»
b) «Kasıb bir Mədinəli müsəlman, Osman ibn Əffanın yanına gəlib ondan kömək dilədi. Osman ona beş dirhəm verdi.
Kasıb dedi: «Ən səxavətli şəxsləri mənə göstər.»
Osman, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfəri göstərərək dedi: «Bu cavanlara müraciət et.»
Kasıb kişi İmam Həsənin yanına gəlib ona əl tutmasını xahiş etdi. İmam (ə) kişiyə 50 dinar verdi.
Kişi sonra İmam Hüseynə (ə) müraciət etdi Həzrət Hüseyn (ə) də ədəbi riayət edərək özündən böyük qardaşının ehtiramına görə, ona bir dinar az yəni 49 dinar bağışladı.
Abdullah ibn Cəfər də, Həzrət Hüseyni özünə nümunə seçib kasıb kişiyə 48 dinar hədiyyə etdi.
Mədinəli kişi həm onların səxavətinə, həm də ədəb və nəzakətinə heyran qalaraq, əhvalatı Osman ibn Əffana danışıdı.
Osman dedi: «Bəli bunlar kimi alicənab və nəcabətli şəxslər heç yerdə tapılmaz. Çünki elm və anlayışı babalarının (Həzrət Məhəmmədin (s)) sinəsindən irs apardılar. Və dəyərli hikmətə yetişdilər.»
d) İmam Hüseynin (ə) sədəqə verərkən gizli verməsi, bəzən qapıya gələn dilənçini utandırmamaq üçün gah niqabla, gah da qapı arxasından əta etməsi onun necə də, möhtəşəm ədəb sahibi olmasından xəbər verir.

Məqalə Foto ALLAH AYINDA, ALLAH EVİNDƏ, ALLAHA SƏCDƏDƏ ALLAHIN VƏLİSİ “ÖZÜNÜ ALLAH BƏNDƏSİ HESAB EDƏN” ŞƏXS TƏRƏFİNDƏN ŞƏHİD EDİLDİ
Məqalə Şəkili

ALLAH AYINDA, ALLAH EVİNDƏ, ALLAHA SƏCDƏDƏ ALLAHIN VƏLİSİ “ÖZÜNÜ ALLAH BƏNDƏSİ HESAB EDƏN” ŞƏXS TƏRƏFİNDƏN ŞƏHİD EDİLDİ

İslam tarixində demək olar ki, müsəlmanın müsəlman bir şəxsiyyətə qarşı cinayətin ən böyüyü İbn Mülcəmin əli ilə oldu. Allah ayında, Allah evində, Allaha ibadət edərkən Allahın Vəlisi - yəni Həzrət Əli (ə) İbn Mülcəm adlı bir ibadətdən dizləri qabar olmuş cahil ifratçı müsəlman tərəfindən zəhərlənmiş qılıncla qətlə yetirildi.
Bu hadisədə Hz. İmam Əli (ə kimi məsum şəxsiyyət zərbə aldıqda: “And olsun Kəbənin Allahına ki, qurtuldum” deyərək ah çəkibdir. Doğrudan da Əli (ə) qurtulmuşdu. Canını qurtarmışdı. Çünki sözlərini quyuya danışan, haqsızlığa uğrayan, olduğu kimi tanınmaz şəxs artıq yorulmuşdur.
Ramazan ayının 19-cü gecəsi onun cisminə terror edildi. Ancaq unutmayaq, O şəxsiyyətə şəhadətə yetdiyi gecəyə qədər az terror edilməmişdi. Onun cisminin qətlinin iştirakçısı tək İbn Mülcəm olsa da, qətl gününə qədər şəxsiyyətini qətl edənlər az deyildi. Özü də hamısı İslam ümməti iddiaçısında olanlar.
Şəhid olan günə qədər o qədər haqqında təhqirlər, yalan məlumatlar və söyüşlər söyləmişdilər ki, namaz üstə şəhid olduğunu eşidəndə təəccüb etmişdirlər. “Məgər, Əli (ə) namaz qılırdımı?”deyə.
Elm dəryası, möminlər ağası, yetimlər atasını zamanasının müsəlmanları düzgün tanıya, dəyər verə bilmədi. Görəsən indi bu zamanada yaşasaydı necə, düzgün qiymət verilərdimi? Fikrimcə yox, çünki görürük ki, hər zamanın öz İbn Mülcəmləri, Yezidləri var. Bir dostum demişkən “Bəzi müsəlmanlar İbn Mülcəmə nifrət edərək özü də bilmədən içərisində bir İbn Mülcəm bəsliyir”.
* * *
İbn Mülcəm kimdir? Bu haqda daha gözəl şəkildə savadlı teloq və filosof kimi tanıdığım Emin İmanlı qardaş öz Facebook səhifəsində qeyd edibdir. Mən də bu gözəl tanıtımı sizə təqdim edirəm:
İbn Mülcəm kimdir?
İbn Mülcəm sadəcə tarix kəsiyində yaşamış bir fərdin adı deyil.
İbn Mülcəm xəyal və təəssüblərin əsiri olan biridir.
İbn Mülcəm hər kəsin həyatına çevrilə bilər.
İbn Mülcəm özünü mütləq həqiqət sanan bir azğındır.
İbn Mülcəm Allah adı ilə adam öldürür.
İbn Mülcəm məscidə gedir, amma zalım və azğındır.
İbn Mülcəm mən, sən və s. ola bilər.
İbn Mülcəm ad deyil, məramdır.
İbn Mülcəm sadəcə Əlinin qatili deyil, həm də ağıl və şüurun qatilidir.
İbn Mülcəm ikiüzlülük qılıncı ilə "həqiqət"in başını yaran kəsdir.
Həqiqət:
– insanlıq və azadlıqdır,
– qurtuluşdur,
– nəfsə tapınmağa, qüdrət sevdasına yox deyə bilməkdir.
Həqiqətlə savaşırıqsa, deməli, İbn Mülcəm adına layiq biriyik, hərçənd, şəxsiyyət vəsiqəmiz bu adı təsdiqləməsə də.

Məqalə Foto ERKƏN EVLİLİK VƏ ERKƏN NİŞANLANMA
Məqalə Şəkili

ERKƏN EVLİLİK VƏ ERKƏN NİŞANLANMA

Nə zaman evlənmək olar?
İslam dini ibadət üçün yaş təyin etdiyi kimi evliliyin üçün konkret heç bir yaş həddi təyin etməyibdir. Amma bəzən evliliyin yaşının bir tək xronoloji baxımdan “həddi buluğ” yaşına yetişməni əsas götürmək yanlışdır. Peyğəmbərimizin (s) kəlamlarından anlaşılır ki, dinimiz evliliyi, bir şəxsin ailə qurmasını qüdrət və imkan əldə etdiyi, hər cəhətdən hazır olduğu təqdirdə gecikdirmədən tövsiyə edir. Buna görə də İslam dini evlililik üçün yaş həddi qoymayıb. Bu məsələ bir ölkədən digərinə, iqlimə və irqə görə və insanların fərdi fizki, bioloji, psixoloji və sosial şərtlər baxımından fərqlidir.
Belə halda qısa olaraq demək olar ki, evlilik üçün tövsiyə olunan yetkinlik yaşı aşağıdakılardan ibarətdir:
1. Xronoloji yetkinlik;
2. Bioloji yetkinlik;
3. Sosioloji yetkinlik;
4. Psixoloji-mental yetkinlik.
Gənclərin - istər oğlan olsun və ya qız bu dört baxımdan yetkinlik yaşına çatdığı təqdirdə evliliyə qüdrət və imkan əldə etmiş olur. Belə olan halda da gecikmədən evlənmələri tövsiyə olunur.
Əgər insan bioloji cəhətdən yetkinlik yaşına çatıbsa, bu o demək deyil ki, onun psixoloji, əqli və sosial vəziyyəti də qənaətbəxşdir. Gəlin bu gün real cəmiyyətimizi analiz edək. Gürcüstanda bütün gənclərin hamısı məhz 18 yaşında evlilik həyatı yaşamağa nə dərəcədə qadir olurlar? Oğlanın evlənməsi üçün hansı şərtlər var?
Evlənmək üçün ilk növbədə iqtisadi təminat olmalıdır. Gələcək ailənin sorumluluğunu, yükünü daşıması və lazımi həddə ailə xərclərini təmin etməsi üçün bu məsələ olduqca vacibdir.
Bu gün yaşadığımız dünyada evlənəcək bir şəxsin sosial təminatı formalaşdırması üçün müəyyən mərhələləri keçməlidir. Orta məktəbi bitirməli, ali təhsil almalı və ya bir peşə sahibi olmalı hərbi xidməti başa vurmalıdır. Nəticə etibarı ilə belə olduğu halda təbii ki, erkən deyil, vaxtında evlilik baş tutacaqdır. Əlbəttə evlənərkən tam geniş maddi imkanı olması şərt deyil. Sadəcə onu qazanmaq potensialına malik olması kifayət edir. Bir də Allaha arxalanmaq lazımdır ki, çünki ruzini verən Odur.
Əlbəttə burda yanlış anlaşılmasın. Belə yuxarıdakılara yiyələnmədiyi təqdirdə evlənmək tövsiyə hesab olunmasa da haram deyil. O da səhv anlaşılmamalıdır ki, yeni qurulan ailəyə heç olmasa bir müddət valideynlərin dəstəyinə heç bir ehtiyac qalmır.
Təəssüflə bu gün yaşadığmız cəmiyyətdə görürük ki, ekonomik, qeyri düzgün təlim və tərbiyə, yaşına uyğun məşğuliyyətin olmaması və s. müxtəlif səbəblər üzündən yuxarıda qeyd etdiyimiz yetkinlik sahələri bir-birini tamamlamır. Bəzən biri digərini üstələyir. Gəlin baxaq, Gürcüstan yeniyetməsinin xronoloji yaşı il-bəil artdıqca digər əqli, sosioloji yaşları da arta bilirmi? Uşağın hər dörd sahədən yetikinliş yaşa çatması nadir hallarda harmonluq təşkil edərək bərabər inkişaf edir.
Yəni psixoloji baxımdan və ailənin iqtisadi cəhətdən təmini sahəsində ailənin kişisi və gələcəyin atası olmağa hazır olmayan gənclər bioloji baxımdan şəhvani hissləri oyandığından evlənmək fikrinə düşür və ya ailənin tərəfindən buna məcbu edilir. Nəticədə erkən evləndikdən az sonra müəyyən ailə məişət zəminində problemlər yaşanmağa başlayır. Ailəni idarə etməyi və evdarlığı bacarmayan cütlük arasında anlaşılmamazlıq, zorakılıq halları və boşanmalar qarşıya çıxır.
Dinimiz insan tələbatları ilə harmoniya təşkil edən ümumbəşəri dindir. Dinimizə görə insanın təbii ehtiyaclarının qarşısına heç bir şəkildə sədd çəkilməməlidir. Sadəcə bütün emosional və şəhvani hisslərin ağıl və məntiqə tabe olaraq onun kontrolu çərçivəsində yaşaması tövsiyə olunur. Çünki insanın xöşbəxtliyi, sağlam ailə sahibi olması, gələcəyə sağlam övlad bəxş etməsi daha önəmlidir. Başqa sözlə desək, ailə, islama görə, kiçik bir ictimaiyyətdir. Sağlam ailə sağlam ictimaiyyət deməkdir. Sağlam övlad tərbiyə edib ictimaiyyətə təhvil vermək hər bir valideynin borcudur. Yəni qüdrət dedikdə təkcə şəhvani hislər deyil, bütün bu məsələlər nəzərə alınmalıdır. Məhz bu halda cəmiyyətimizdə sağlam, sarsılmaz xöşbəxt ailələrin formalaşdığının şahidi olacağıq.
Erkən yaşda nişanlamaq olarmı?
Yuxarıda da qeyd etdiyimiz kimi, evliliyin konkret xronoloji yaşı olmadığı kimi, nişanlama, yəni ad eləmənin də konkret yaşı yoxdur. Ancaq diqqət olunmalıdır ki, gələcəkdəki evliliyi öncədən bir növ razılaşdırma apararaq nişan edərkən bu suallara cavab tapılmalıdır:
1. Oğlan və qızın razılığı varmı və ya artıq düzgün seçim etmə, qərarvermə qabiliyyətinə malikdirlərmi? Yoxsa bunların yerinə valideynlərmi qərar verir? Evlilik vədəsinə çatdıqda fikirləri necə dəyişməz olaraq qalacaqmı?
2. Belə halda cütlüklər İslamın tövsiyə etdiyi elm öyrənməkdən və ya gələcəkdə evlilik yükünü götürmək üçün ailədaxili ehtiyacları qarşılamaqdan ötrü formalaşa və püxtələşə biləcəklərmi?
3. Bu hal yaxında nişanlanmanın iqtisadi yükündən qurtulmaq üçün evliliyi tezləşdirməyəcəkmi?

Məqalə Foto DÜNYAMIZ ÜÇÜN DUAMIZ
Məqalə Şəkili

DÜNYAMIZ ÜÇÜN DUAMIZ

Ey rəhməti qəzəbindən böyük olan mərhəmət sahibi. Ey insanları iqrinə, rənginə və millətinə görə deyil, təqvasına, saleh insanlığına görə üstün tutan ədalətli Allahım.
İlahi, dövlətimizi və müsəlman ölkələrini hegemon dövlətlərin çirkin oyunlarından amanda saxla! Onları qonşunu qonşuya düşmən edən, qardaş qırğınına səbəb olan aravurucu, dağıdıcı mənfur hiylələrindən qoru! İlahi!
İlahi, bizi məlum İslam düşmənlərinin tərifləyəcəyi, onlara xidmət olunduğna görə dəstəkləyəcəyi gündən, mövqeydən qoru! İlahi!
İlahi, İşğala məruz qalan ölkəmizin torpaqlarının və həm də yağı düşmən tapdağı altında olan müsəlman dövlətlərinin torpaqlarının ərazi bütövlüyünü nəsib et. Öz yürd yuvasından didərgin düşmüş insanları yadlara və hətta qonşularına belə möhtac olmaqdan qoru! İlahi!
İlahi, Sənin kitabında birliyə, həmrəyliyə dəvətinin əksinə olaraq, müsəlman ölkələrini parçalayıb, gücdən salıb, öz düşmənlərinin qarşısında aciz hala gətirən satqın öndərlərin, başçıların şərrindən qoru! İlahi!
İlahi, Quran və sünnəni bilərəkdən və ya səhvən yanlış anlayan, ümmətin vəhdət və düzənini pozaraq düşmənin çirkin məqsədlərinə alət edən, özlərini əsl müsəlman kimi qələmə verən cahil nadanlara bəsirət, düzgün baxışlı düşüncə əta eylə! İlahi!
İlahi, millət və məzhəbindən aslı olmayaraq saf niyyətlə savşlarda canlarından keçən fədakar gənclərin təqsiratından keçib onları şəhidlik rütbəsinə yüksəlt. Ailələrinə səbr inayət eylə! İlahi!
Duamızı qəbul eylə İlahi, anaların yanıqlı göz yaşlarına, yetimlərin ürəkağrıdan ah-naləsinə, çarəsiz məzlumların harayı hörmətinə, İlahi!
İlahi SEV bizi, SEVdir bizi, SEVindir bizi! AMİN!

Hacı Ramin İgidov

Məqalə Foto DÖVLƏT DİNDƏN AYRIDIRSA DİN DƏ DÖVLƏTDƏN AYRIDIRMI?
Məqalə Şəkili

DÖVLƏT DİNDƏN AYRIDIRSA DİN DƏ DÖVLƏTDƏN AYRIDIRMI?

Çoxkonfesiyalarla zəngin olan Gürcüstan dünyəvi hüquqi dövlətdir. Ölkəmizdə din dövlətdən və dövlət dindən ayrıdır. Dövlətdə din haqqında xüsusi dini qanun olmasa da “Din və vicdan azadlığı” prinsipinə söykənən dini azadlıq mövcuddur.
Ölkəmizdə bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsanlar din seçməkdə azad, təbliğat edib dinlərini yaymaqda azad, dinlərini yaşamaqda tam hüquqludurlar.

Mən burada iki məsələyə (“Dövlət dindən ayrıdır” və “Din və vicdan azadlığı”) aydınlıq gətirmək istəyirəm:
“Dövlət dindən ayrıdır”. dedikdə yəqin ki, şübhə yaranmasın deyə izaha ehtiyacı vardır. Dövlət dindən ayrıdır dedikdə nə dövlətin dinə qarşı olduğu anlaşılır, nə də ki, dövlətlə dinin paralel olması. Dövlət dindən ayrıdır deyərkən yəqin ki belə də anlaşılmıır ki, dövlət dinə laqeyddir, heç əhəmiyyət vermir. “Dövlət dindən ayrıdır” prinsipində əsl anlaşılan belə olmalıdır ki, dövlət dini idarə etmir, dövlət dinə müdaxilə edib işlərinə də qarışmır.
Ancaq bu o demək deyil ki, dövlətin heç bir dini siyasəti və dini duruma nəzarəti olmamalıdır və bu sahədə özbaşnalıqa şərait yaradır.
Biz hesab edirik ki, dini sabitliyin qorunub saxlanması, çoxkonfessiyalı ölkədə dinlərarası barış və dostluq hissinin güclənməsi, tolerantlıqın inkişafı, dindar vətəndaşların inteqrasiyası dövlətin əsas hədf və siyasətlərindəndir. Buna görə də təhlükə yaradan, pozucu əqidəyə malik olan, radikal mövqeylərdən çıxış edən, dindən siyasi maraqlar üçün istifadə edən sektalar “Din və vicdan azadlığı”na aid edilməməlidirlər. Bunun üçün hesab edirəm ki, “Dini vicdan azadlığı” sözü “Vicdanlı din azadlığı” ilə əvəz olunsaydı daha yaxşı anlaşılardı.
Əgər bir din öz dini mərasimlərini yerinə yetirməsi ilə dövlət və ictimai qaydanı pozursa və ya ictimai əxlaqa zidd hərəkət edirsə sərbəst olmamalıdır. Çünki dini etiqad azadlığı hüquq pozuntusuna bəraət qazandıra bilməz. "Dini etiqad azadlığı haqqında" qanun digər müvafiq qanun və normativ-hüquqi aktlara əsaslanmalıdır.
Dini sahəni sərt üsullarla, qadağa və məhdudiyyətlərlə nəzarətə götürmək cəhdləri də hər zaman uğursuzluğa, hətta toplum üçün böhran və faciələrə gətirib çıxarıb. Çünki, din insanların ən müqəddəs saydığı mənəvi dəyəridir. Uzağa getməyək bu gün dünyada dinə hörmətsizliyin və bir dini müqəddəsi təhqir etmənin hansı faciələr törətdiyinin şahidi olduq. Keçmişdə ateizimin hökm sürdüyü sovet totalitar rejiminin də aqibəti buna sübutdur.

Düşünürük ki, dövlətdə din haqqında qanun qəbul olunarsa bu dinlərin və inanclı insanların dövlət qarşısında bərabər hüquqlarına aydınlıq gətirmiş olacaq. Buna görə də deyə bilərik ki, ölkəmizdə din haqqında qanunun olmaması din – dövlət münasibətlərində şəffaflıq yaratmır və bərabər hüquqluluğu təmin edə bilmir.
Dinimiz ilahi qanunlara tabe olmaqla yanaşı ictimaiyyətin xöşbəxt, asudə və barış içində yaşaması naminə vətəndaşı olduğun ölkənin qanunlarına əməl etməyi tapşırır.
Dinimiz səadət və xoşbəxtlik bəxş edən bir dindir və heç vaxt xalqı bəlalara, bədbəxtliyə düçar etmək üçün göndərilməyib. İslam dini insanlar üçün problemlər yaratmır və həyatın bütün sahələri üçün onun müsbət və dolğun göstərişləri vardır. Heç bir yerdə bəşəriyyətin səadətinə mənfi təsir göstərə biləcək proqramlar irəli sürmür. İslamın hüquqi əsasları ədalət və ictimai bərabərliklə uyğun olduğu üçün öz xüsusi məna dərinliyi ilə seçilir, müasir dövrün bütün tələblərinə də cavab verir.
İnsanlara həyatımızın müxtəlif sahələrində əxlaqa, mənəviyyata əsaslanan qayda-qanunları təklif edir və tərəqqiyə gedən inkişaf yollarını göstərir. İslami tərbiyə insanın istək və meyillərini tənzim edir və saflaşdırır. Onları məntiqli və daha düzgün istiqamətə yönəldir. İnsan elə bir dünyada yaşayır ki, bir tərəfdən maddi tələbatlarını təmin etmək, digər tərəfdən isə öz mənəvi, ruhi təmayüllərinə cavab vermək zərurəti ilə qarşılaşır. Hər hansı bir fərd və ya cəmiyyət hər iki istiqamətdə tarazlıq əldə edərsə, həyat həqiqi səadət və xoşbəxtliyə çevrilər. Dinimiz insana əxlaqi fəzilətlər və yüksək mənəviyyət qazanmaq üçün lazım olan qayda-qanunları çox dəqiqliklə göstərir.

Ölkəmizdə müsəlmanlar vahid İslam faktoru altında birləşərək məzhəb ayrıseçkiliyinə yol vermədən və məzhəblərin daxili ehkam və əqidəvi fərqlərini qabartmadan qardaşcasına yaşamışlar. Şiə və sünnü müsəlmanlar ümumi İslami köklərə əsaslanaraq bir məsciddə ibadət etmiş, bir-birinin cüzi fərqli baxışlarına sayqı nümayiş etdirmişlər. Düşünürəm ki, ölkəmiz bu sahədə dünyaya nümunədir. Ancaq təəssüflər olsun ki, son zamanlar ölkəzmidəki məzhəb birliyi ənənəsini pozmaq, müsəlmanları parçalamaq fikrində olan təşkilatlar da yaranıbdır. Bəzən xarici təşkilatlar da onların dağıdıcı fikirlərini dəstəkləməkdədirlər. Müsəlmanlar bu gün bəzi ölkələrdə baş verən məzhəb qarşıdurmasından çox narahatdırlar. Belə məzhəb qarşudurmalarından ölkə müsəlmanlarının sığortalanması üçün dini rəhbər və qurumların üzərinə böyük vəzifə düşür. Əlbəttə dövlətin də bu məsələyə laqeyd qalmaması diqqət yönəltməsi olduqca vacib məsələdir.

Onu da qeyd etmək istərdim ki, ölkədə məzhəblərarası barışıq və dostluq mühitinin formalaşması qədər çoxkonfessiyalı ölkəmizdə dinlərarası tolerantlıq və xoşgörünün yaranması da önəmlidir. Ölkəmizdə vətəndaşların və fərqli dini mənsubların bir-biri ilə müsbət əlaqələrin qurulması üçün bir-birinin dinlərinin ümumi və ortaq fikirlərini bilmələri vacibdir. Buna görə də hesab edirik ki, orta məktəblərdən başlayaraq dinlərin tarixi və mədəniyyəti haqqında bütün şagirdlərə bilgilər verilməli, sağlam, ənənəvi dini ümumi bilgilər isə öz dini ardıcıllarına tədris olunmalıdır.
İctimaiyyətin məlumatlanması üçün isə media və kütləvi informasiya vasitələri ilə müxtəlif mövzularda dinlərin baxışı və ortaq fikirləri bəyan olunmalıdır. Eyni zamanda dinlərarasında get-gəliş, ibadətxanalara ekskursiya təşkil etmək, konfesiyalar arasında müxtəlif mövzularda konfrans və elmi seminarlar təşkil etmək olduqca müsbət təsirlərə malik olan proqramlardır.
Düşünürük ki məhz belə halda sağlam, dost, xöşbəxt, vətənpərvər və inanclı Gürcüstan vətəndaşlığı formalaşacaqdır.

Hacı Ramin İgidov

Məqalə Foto DİNDAR OLSAN NƏ OLUR?
Məqalə Şəkili

DİNDAR OLSAN NƏ OLUR?

Nəfsi paklaşdırmasan, sabit iman olmasan,
Şiə, sünnüdə olsan, ali insan olmasan,
Saleh əməl sahibi, Əhli Quran olmasan,
Alim olsan nə olur, cahil olsan nə olur?
Düz yola, haqq uğruna hidayətin olmasa,
Mərifətin nurundan qəlb evinə dolmasa,
İnsanlar insan kimi səndə fayda bulmasa
Dindar olsan nə olur, qafil olsan nə olur?
Haqq-ədalət yandaşı, saf ölkə vətəndaşı,
Əhli-beyt aşiqi, peyğəmbər tərəfdaşı,
Haqqı tanı, haqqı sev, ol haqlının qardaşı,
Ərəb ya Əcəm kimi təmsil olsan nə olur?
Namaz,oruc, zəkatın, əməlin yoxsa sənin
Savab yox insan oğlu, günahın çoxsa sənin,
Bəd əxlaqlı olmağın qəlb evin yıxsa sənin,
Cavan olsan nə olur, ahıl olsan nə olur?
Haram yeyib, şər deyib qeybət eşitdinsə sən,
Saleh əməl əhlini suçla puç etdinsə sən,
Tabe olub şeytana, zülmətə getdinsə sən.
Varlı olsan nə olur, sail olsan nə olur?
Qarnın oruclu ikən, ruhun olsa xətakar,
Dilin zikirdə ikən, əlin-qolun tamahkar,
Aşkarda məsum olsan, gizlindəsə günahkar
Məmur olsan nə olur, məsul olsan nə olur?
Minnət qarışdırmadan olsa pak səxavətin,
Xalis niyyətə koşsun müqəddəs itaətin,
Gəlki riyaya, ücbə bulaşsa ibadətin,
Habil olsan nə olur, Qabil olsan nə olur?
Haqqa girib, zülm edib, batil olarsansa sən,
Haram mala dövlətə nail olarsansa sən,
Kərbəlada, Məşəddə on il olarsansa sən,
Həccə gedib Kəbəyə daxil olsan nə olur?
Hacı Ramin İgidov 25.05.2016

Məqalə Foto Ölkədə din haqda tənqidi fikir necə söylənilməlidir?
Məqalə Şəkili

Ölkədə din haqda tənqidi fikir necə söylənilməlidir?

Ölkəmizdə dini məsələlər və mövzular ilə əlaqədar medya və kütləvi informasiya vasitəsi ilə ara-sıra bəzi fikirlər yürüdənlərə rast gəlirik. Dövlətimizdə hakim olan söz azadlığına görə dini mövzularda tərif və tənqid edənlərin, dini elmi araşdırma aparan yazanlarımızın sayının artmasını təqdirə layiq hesab edirik. Tənqid inkişaf etdirər, islah etdirər, düşündürər, daha düzgün seçim etməyə yardımçı olar. Ancaq unutmamalıyıq ki, dini mövzuda olan tənqidlər əxlaq çərçivəsində bir şəxsiyyəti təhqir etmədən islah niyyətinə olmamalıdır. Çünki diqqət olunmalıdır ki, dini zəmində dostun hörmətsizcəsinə tənqidi yadın və ya düşmənin təhqir etməsinə şərait yaradar. Bir də ki, minnətli sədəqənin qiyməti olmadığı kimi səviyyəsiz tənqidin, təhqirin də heç bir əsəredici dəyəri yoxdur.
İslam dinində tənqid etməyə “Ən-nəhyu ənil-munkər” “Pislikdən çəkindirmə” deyilir. Onun də şərti mərhələli şəkildə və ədəb çərçivəsində olması tapşırılır. Bir insanın yanlışlığı elə deyilməlidir ki, qarşı tərəf ona can yandırdığını, onun xeyri üçün istədiyini anlasın.
Yadınızdadırsa neçə il öncə dinimizin müqəddəsinə karikatura çəkildiyinə görə etiraz etdik. Hətta Gürcüstanda yüzlərlə insan toplanaraq etirazını bildirdi. Həmin dövrdə karikatura yayımlayanlar “biz söz azadılığına əsaslanaraq İslam Peyğəmbərinin bəzi hərəkətlərini tənqid edirik. Karikatura da tənqidin bir növüdü” deyirdilər. Biz müsəlmanların isə cavabı belə oldu: “Belə tənqid olmaz. Din həssas mövzudur. Müqəddəslər haqda yazılan tənqidlər hara çəkilən karikatura hara? Bu təhqir olduğundan yolverilməzdi və insanların hisslərinə toxunmaq olmaz!”. Amma təəssüflə qeyd etmək istəyirəm ki, ara-sıra bəzi müsəlman qardaşlarımız özü buna əməl edirlər. Axı əmmamə, əba, qəba Peyğəmbər paltarı deyilmi? İslamı ifadə etmirmi? Keçmişdə din xadimlərini gözdən salmaq, insanlarda “Molla” məqamına nifrət yaratmaq məqsədi ilə “Kirpi” jurnalı üçün çəkilən şəkilləri bəzəyib paylaşmaqda məqsəd nədir? Dinə zərbədir yoxsa din xadiminə? Hər halda unutmayaq ki, ikisində də “Din” kəliməsi var. Qaş düzəldərkən göz çıxarmaq elə belə yerdə olur. Buna görə də demək istəyirəm ki, tənqid hirs, kin və inadkar, təssübkeş prinsip əsasında deyil məntiqə söykənən halda, ədəb çərçivəsində olarsa müsbət təsirə malik olar.
Din barəsində səviyyəsiz fikir yürüdənlərə, cılız tənqid edənlərə bu suallar ətrafında dərindən düşünməyi məsləhət edərdim:
• Din və din xadimləri barəsində əsassız yerə və bəzən də hörmətsizlik edərək tənqid etməklə bu kimi əməlləri ilə xalqımız və ümumiyyətlə, müsəlmanlar arasında ixtilafların yaranmasına səbəb olmurlarmı?
• Görəsən, hər hansı bir sahədə ixtisası olmayanın həmin sahədə fikir yürütməsi insaniyyət və ədəblə nə qədər uyğundur? Çünki aydındır ki, yürüdülən bəzi fikirlər din xadimlərini təhqir edir, bununla da inanclı insanlar arasında fitnələrin yaranmasına səbəb olurlar...
• Dini təmsil edənlərin səhvlərini özlərinə deməkdənsə sosial şəbəkələr vasitəsi ilə paylaşmaq adi dindən xəbərləri olmayanlarda ümüdsüzlük, güvəncsizlik və dinə inamsızlıqa şərait yaratmırmı?
• Yuxarıda qeyd etdiyimiz kimi, dini zəmində dostun hörmətsizcəsinə tənqidi yadın və ya düşmənin təhqir etməsinə şərait yaratmırmı? İslamafobiya siyasətinin yürüdüldüyü dövrdə kimlərsə dini, din xadimlərini və ya dundarları karikatura ilə və nalayiqcəsinə tənqid etsələr onlara etiraz etməyə söz qalacaqmı?
• Din barəsində və din və dövlət münasibətləri haqda mükəmməl anlayışı olmayanların bu barədə fikir yürüdüb, cəmiyyətdə və dünya müsəlmanları arasında ixtilaf yaratmaqla kimin və hansı dairələrin "dəyirman"ına su tökdüklərini bilmirlərmi?
Ümid edirəm ki, bu sözlərimə görə kimsə məni qınamayacaq. Çünki bu yazılar kiminsə incidilməsi və ya təhqir edilməsi üçün deyil. Əksinə heç kəsin bir-birini səviyyəsiz tənqid etməməsi hədəfi ilə qələmə alınmışdır. Təbiidir ki, belə olan təqdirdə ölkəmizdə, həmçinin, dünyada dini, mədəni və ictimai baxımdan bir çox ixtilaflara və qarşıdurmalara son qoyulacaqdır. İnşallah!
Hacı Ramin İgidov

Məqalə Foto 40 YAŞIN BÖYÜKLÜYÜ
Məqalə Şəkili

40 YAŞIN BÖYÜKLÜYÜ

Sözümü nadir insanlıq incilərindən olan Həzrət Əlinin (ə) bir kəlamı ilə başlamaq istəyirəm. İMAM BUYURUB: “ÖMRÜNÜN KEÇƏN GÜNLƏRİ KEÇDİ, SABAHI DA MƏLUM DEYİL, BU GÜNÜNÜ YAXŞI ƏMƏLLƏRLƏ QƏNİMƏT BİL!”
Bu gün 40 yaşımı artıq tamamladım. Rahatçılığı, çətinliyi ilə, acılı və şirinli günləri ilə ömrümün 40 payızı artıq arxada qaldı. Təbii ki, bir adəm övladı olaraq ömrümün keçən 480 ayında nə səhvsiz oldum və nə də qüsursuz. Gördüklərim az işlərə qürurlanmadım, əksinə sevinib şükür etsəm də bacarmadıqlarıma və imkanım xaricində olanlara heyfsləndiklərim günlər çox oldu.
“40 yaşında çox şey öyrənib, təcrübə əldə etmək”, “ömrün kamal çağına çatmaq” fikiri doğru imiş.
Öyrəndim ki, hər şeyə əhəmiyyət verməmək, çox da böyütməmək lazım imiş. İnsanların bağışlamaq, daha güzəştli davranmaq gərək imiş. Bu ölümlü dünyada diqqətli davranıb kiminsə qəlbini qırmamaq, daha çox könül qazanmağa çalışmaq önəmli imiş. Allahın fərqli düşünən, müxtəlif zövq və seçimə mənsub bəndələrinə qarşı daha da mehriban, şəfqətli və mərhəmətli olmaq vacib imiş.
Çox özünü müdafiə etməyə enerji sərf etməyib, başqalarının məni düzgün anlamaları üçün səy göstərmədiyim, haqlı tənqidlərdən dərs çıxarıb, təhqir və dedi-qodulara vaxt sərf etmədiyim zamanlar daha dəyərli imiş.
Bir sözlə, ömrün bəlli olmayan sayılı günlərində üzülüb, narahat olmamaq, hər zaman Allaha güvənib, ona arxalanmanın çox faydalı olduğunun daha da fərqinə vardım. Hər zaman Allahın razılığını əsas tutub çalışmağı, səmimi ağıl və səlim qəlblə doğru və düzgün bildiyin yolda hərəkət etməyin nə qədər qiymətli olduğunu da daha dərindən anladım.
Sonda sizə və özümə duam budur ki: Bizi yaradan Allah hər birimizə bərəkətli, dəyərli, səmərəli və səadətdolu ömür bəxş etsin. Qalan ömrümüzü Allaha saleh bəndə, vətənə faydalı vətəndaş, insanlığa dəyərli insan kimi yaşamağı nəsib etsin! Amin!

Hacı Ramin İgidov

Məqalə Foto RAMAZAN AYI İLƏ VİDALAŞAQ, ONUN DƏRSLƏRİ İLƏ YOX!
Məqalə Şəkili

RAMAZAN AYI İLƏ VİDALAŞAQ, ONUN DƏRSLƏRİ İLƏ YOX!

Bağışlayan və mehriban Allahın adı ilə

Günləri ən fəzilətli günlər, gecələri isə ən dəyərli gecələr olan on bir aydan üstün ayı və min aydan üstün gecəsi ilə bizimlə vidalaşdı. Gələrkən insanlara ilahi ziyafət, mənvi nemət, rəhmət və məğfirət gətirmişdir. Bir ay boyunca hər gün təkrar-təkrar dərslər verirdi, öyrədirdi bizi Ramazan məktəbi. Görən biz oruc tutanlar Ramazanın dərslərini öyrənə bildikmi? O dərslərdən aldıqlarımızı yadda saxlaya biləcikmi digər aylarda. Axı önəmli olan Ramazan məktəbindən dərsləri alıb qalan ayları da o istiqamətdə davam etdirmək idi. Necə ki, deyilir: “Ramazani deyil, Rəbbani olun”.

Nə idi Ramazanın dərsləri?
İlk dərs nəfsi tərbiyə etmək, onu rəzil sifətlərdən uzaq tutmaq idi. O öyrədirdi ki, səbrsizlik etmə, həris olma. Əgər nəfsi istəklərdən uzaq olsan ucalar, mələkdən üstün olar, ona əsir olsan alçalar, heyvandan əksik olarsan.
Başqa dərsi də o idi ki, Ramazanda yediyimizin və içdiyimizin halal olub-olmamasına diqqət etdiyimiz kimi başqa zamanlarda da icazə verməyək boğazımızdan haram bir tikə keçsin.

Ramazanda günün böyük bir hissəsində halaldan çəkinməklə öyrənmiş olduq ki, insan istərsə, ilin bütün zamanlarında haram yeyəcək-içəcək və günah əməllərdən çəkinə bilər. Təki, səbri və iradəsi olsun.
Ramazanda insanlara rəhmli olub, bağışlaya biliriksə digər aylarda da buna daha çox diqqət etməliyik.
Ramazanda gözümüz harama baxmaqdan qulağımız haram eşitməkdən, ağzımız haram danışmaq, qeybət etmək, söyüş və təhqir söyləmək, yalan danışmaq, söz gəzdirmək, qəlb sındırmaq və digər günahlardan uzaq tuta biliriksə digər aylarda da bunları nəzarətdə saxlamaq mümkündür.
Necə ki bu əməllər oruclu ikən orucumuza zərər verirdisə, indi isə imanımıza və axirətimizə zərər verdiyini unutmamalıyıq.

Ramazan ayında insanlara yardım edir, zəkat verib, Allahın bizə bəxş etdiyindən paylaşmağı, Allah bəndəsinə qarşı əliaçıq olmağı, iftar verməklə qonaqpərvərliyi ediriksə digər aylarda da bu ənənəni unutmamalıyıq. Hər zaman comərd olmalıyıq. Axı ac qalmaqla Allah yoxsulların halını bizə praktiki dərk etdirmişdi. Ramazan zamanındakı aclıq halını unutmasaq heç zaman dərsini unutmuş olmarıq. Bir də unutmamalıyıq ki, Fəqir-füğara hər zaman vardır. Allah onlara yardım edənin ruzi bərəkətinin artmasını vəd edir. Insanlar israfdan yayınsaydı yer üzündə yoxsullar qalmazdı. Çünki “yoxsulun ruzisi varlının israfındadır” deyilib.
Ramaznda ac qalmaqla Allahın verdiyi nemtlərin qədrini dərk etdiksə. digər aylarda da onun dəyərini bilib şükürünü yerinə gətirməliyik.

Bundan başqa imsak zamanı (Səhər o başdan) oyanıb, bərəkətli zamanda Allahı yada salır, ona ibadət ediriksə digər aylarda da bu mələklərin “Allah üçün oyaq olan bəndələrinə” salam etdiyi saatların qədrini bilməliyik.
Ramazan ayında Allahın insanları zülmətdən nura çıxaran, qəlbini aydınladan, endirdiyi kitabı Qurani-Kərimi oxuduqsa, digər aylarda da onu unutmamalıyıq. Yoxsa qəflətdə olanlardan olarıq.
Bu ayda necə ki, Allah ayında bir arada olub, Quran ətrafında birləşməyi bacardıqsa, digər aylarda da millət və məzhəb ayrıseçkiliyi salmadan vəhdətimizi, mehribanlığımızı qoruya bilərik. Yaddan çıxarmamalıyq ki, Allahın rəhməti və ümmətin qurtuluşu birlikdədir.

Məbada Ramazandan sonra öz əvvəlki vəziyyətə qayıdılsın. Məbada ilin bir ayı Allaha digərləri şeytana həsr edilsin. Axı müsəlmanlıq bir günlük və ya bir aylıq deyildir. Ramazan ayının məqsədi olan təqvalı olmaq bir aylıq deyil, bir ömrlükdür. Tutduğumuz oruc Ramazan ayında idisə, onun məqsədi olan təqva hər zamandır. Necə ki, Allah-Taala buyurmuşdur: “Oruc tutmaq sizlərə vacib edildiyi kimi sizdən öncəkilərə də vacib edilmişdi ki, bəlkə təqvalı olasınız”.

Bunlardan başqa Ramazanda və xüsusi ilə Qədr gecələrində necə ki, özümüzü ibadətə verirdiksə, yenə də dünyanın gəlib-keçici olduğunu əbədi məkan olan axirət hazırlığını etməmiz üçün gündəlik ibadətlərə və hər an Allahın itaətində olmağa, sözlərinə əməl etməyə çaışmalıyıq.

Bir sözlə Ramazan məktəbindən aldığımız dərsləri və gözəl vərdişləri digər aylarda da davam etdirməli, Allahın razılığına nə qədər ehtiyacımız olduğunu düşünərək, haqdan, ədalətdən, doğruluq və səmimiyyətdən ayrılmayaq ki, hər iki dünyada xoşbəxt olaq. Ramazan dərslərindən də sinifdə qalmayaq.
Allahın Rəsulu (s) buyurdu: Ey Cabir, bu gün Ramazan ayının son cüməsidir, onunla vidalaş və de: “Ey Allahım, bunu mənim ramazan ayının orucu ilə axırıncı görüşüm etmə. Sənə pənah aparıram ki, məbada bu gecə mənim üçün sübh olsun, lakin məni bağışlamamış olasan.”
Allah bizi neçə Ramazan yaşayanlardan, onu dərk edənlərdən, dərslərini həyatda yaşayanlardan etsin. Amin!

Hacı Ramin İgidov


Məqalə Foto RAMAZAN AYI İLƏ VİDALAŞAQ, ONUN DƏRSLƏRİ İLƏ YOX!
Məqalə Şəkili

RAMAZAN AYI İLƏ VİDALAŞAQ, ONUN DƏRSLƏRİ İLƏ YOX!

Bağışlayan və mehriban Allahın adı ilə

Günləri ən fəzilətli günlər, gecələri isə ən dəyərli gecələr olan on bir aydan üstün ayı və min aydan üstün gecəsi ilə bizimlə vidalaşdı. Gələrkən insanlara ilahi ziyafət, mənvi nemət, rəhmət və məğfirət gətirmişdir. Bir ay boyunca hər gün təkrar-təkrar dərslər verirdi, öyrədirdi bizi Ramazan məktəbi. Görən biz oruc tutanlar Ramazanın dərslərini öyrənə bildikmi? O dərslərdən aldıqlarımızı yadda saxlaya biləcikmi digər aylarda. Axı önəmli olan Ramazan məktəbindən dərsləri alıb qalan ayları da o istiqamətdə davam etdirmək idi. Necə ki, deyilir: “Ramazani deyil, Rəbbani olun”.

Nə idi Ramazanın dərsləri?
İlk dərs nəfsi tərbiyə etmək, onu rəzil sifətlərdən uzaq tutmaq idi. O öyrədirdi ki, səbrsizlik etmə, həris olma. Əgər nəfsi istəklərdən uzaq olsan ucalar, mələkdən üstün olar, ona əsir olsan alçalar, heyvandan əksik olarsan.
Başqa dərsi də o idi ki, Ramazanda yediyimizin və içdiyimizin halal olub-olmamasına diqqət etdiyimiz kimi başqa zamanlarda da icazə verməyək boğazımızdan haram bir tikə keçsin.

Ramazanda günün böyük bir hissəsində halaldan çəkinməklə öyrənmiş olduq ki, insan istərsə, ilin bütün zamanlarında haram yeyəcək-içəcək və günah əməllərdən çəkinə bilər. Təki, səbri və iradəsi olsun.
Ramazanda insanlara rəhmli olub, bağışlaya biliriksə digər aylarda da buna daha çox diqqət etməliyik.
Ramazanda gözümüz harama baxmaqdan qulağımız haram eşitməkdən, ağzımız haram danışmaq, qeybət etmək, söyüş və təhqir söyləmək, yalan danışmaq, söz gəzdirmək, qəlb sındırmaq və digər günahlardan uzaq tuta biliriksə digər aylarda da bunları nəzarətdə saxlamaq mümkündür.
Necə ki bu əməllər oruclu ikən orucumuza zərər verirdisə, indi isə imanımıza və axirətimizə zərər verdiyini unutmamalıyıq.

Ramazan ayında insanlara yardım edir, zəkat verib, Allahın bizə bəxş etdiyindən paylaşmağı, Allah bəndəsinə qarşı əliaçıq olmağı, iftar verməklə qonaqpərvərliyi ediriksə digər aylarda da bu ənənəni unutmamalıyıq. Hər zaman comərd olmalıyıq. Axı ac qalmaqla Allah yoxsulların halını bizə praktiki dərk etdirmişdi. Ramazan zamanındakı aclıq halını unutmasaq heç zaman dərsini unutmuş olmarıq. Bir də unutmamalıyıq ki, Fəqir-füğara hər zaman vardır. Allah onlara yardım edənin ruzi bərəkətinin artmasını vəd edir. Insanlar israfdan yayınsaydı yer üzündə yoxsullar qalmazdı. Çünki “yoxsulun ruzisi varlının israfındadır” deyilib.
Ramaznda ac qalmaqla Allahın verdiyi nemtlərin qədrini dərk etdiksə. digər aylarda da onun dəyərini bilib şükürünü yerinə gətirməliyik.

Bundan başqa imsak zamanı (Səhər o başdan) oyanıb, bərəkətli zamanda Allahı yada salır, ona ibadət ediriksə digər aylarda da bu mələklərin “Allah üçün oyaq olan bəndələrinə” salam etdiyi saatların qədrini bilməliyik.
Ramazan ayında Allahın insanları zülmətdən nura çıxaran, qəlbini aydınladan, endirdiyi kitabı Qurani-Kərimi oxuduqsa, digər aylarda da onu unutmamalıyıq. Yoxsa qəflətdə olanlardan olarıq.
Bu ayda necə ki, Allah ayında bir arada olub, Quran ətrafında birləşməyi bacardıqsa, digər aylarda da millət və məzhəb ayrıseçkiliyi salmadan vəhdətimizi, mehribanlığımızı qoruya bilərik. Yaddan çıxarmamalıyq ki, Allahın rəhməti və ümmətin qurtuluşu birlikdədir.

Məbada Ramazandan sonra öz əvvəlki vəziyyətə qayıdılsın. Məbada ilin bir ayı Allaha digərləri şeytana həsr edilsin. Axı müsəlmanlıq bir günlük və ya bir aylıq deyildir. Ramazan ayının məqsədi olan təqvalı olmaq bir aylıq deyil, bir ömrlükdür. Tutduğumuz oruc Ramazan ayında idisə, onun məqsədi olan təqva hər zamandır. Necə ki, Allah-Taala buyurmuşdur: “Oruc tutmaq sizlərə vacib edildiyi kimi sizdən öncəkilərə də vacib edilmişdi ki, bəlkə təqvalı olasınız”.

Bunlardan başqa Ramazanda və xüsusi ilə Qədr gecələrində necə ki, özümüzü ibadətə verirdiksə, yenə də dünyanın gəlib-keçici olduğunu əbədi məkan olan axirət hazırlığını etməmiz üçün gündəlik ibadətlərə və hər an Allahın itaətində olmağa, sözlərinə əməl etməyə çaışmalıyıq.

Bir sözlə Ramazan məktəbindən aldığımız dərsləri və gözəl vərdişləri digər aylarda da davam etdirməli, Allahın razılığına nə qədər ehtiyacımız olduğunu düşünərək, haqdan, ədalətdən, doğruluq və səmimiyyətdən ayrılmayaq ki, hər iki dünyada xoşbəxt olaq. Ramazan dərslərindən də sinifdə qalmayaq.
Allahın Rəsulu (s) buyurdu: Ey Cabir, bu gün Ramazan ayının son cüməsidir, onunla vidalaş və de: “Ey Allahım, bunu mənim ramazan ayının orucu ilə axırıncı görüşüm etmə. Sənə pənah aparıram ki, məbada bu gecə mənim üçün sübh olsun, lakin məni bağışlamamış olasan.”
Allah bizi neçə Ramazan yaşayanlardan, onu dərk edənlərdən, dərslərini həyatda yaşayanlardan etsin. Amin!

Ramin İgidov
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi