Məqalələr

Məqalə Foto 3 MƏNƏVİ İSLAHAT AYININ ASTANASINDAYIQ
Məqalə Şəkili

3 MƏNƏVİ İSLAHAT AYININ ASTANASINDAYIQ

RƏCƏB AYI

Rəcəb ay hicri-qəməri ayla-rının yeddincisi və haram ayların dördüncüsüdür. Bu ay İlahi rəhmətin yağan ayıdır. Bu ay bərəkətli və müqəddəs aydır. Hətta cahiliyyət dövrünün ərəbləri də bu aya ehtiram edib, bu ayda müharibə etməz və qan tökməzmişlər.
Bu elə bir aydır ki, Allahın lütf və inayəti bu ayın orucunu tutanların üzərindədir. Rəcəb ayının fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur.
Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) rəcəb ayı barədə buyurub: Rəcəb ayı mənim ümmətim üçün “istiğfar və tövbə ayıdır”. Başqa bir hədisdə isə belə buyurub: «Rəcəb ayı böyük aydır. Hörmət və fəzilətdə heç bir ay ona çatmaz. Kafirlərlə müharibə bu ayda haramdır. Rəcəb Allahın ayı, şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır. Hər kəs Rəcəb ayında bir gün oruc tutsa, Allah-Taalanın razılığını qazanar, İlahi qəzəb ondan uzaq olar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar». Başqa bir hissədə də, təkidlə bildirilir ki, rəcəb ayının 3 gününü oruc tutan bəndəyə behişt vacib olar.
İbni Babiveyh mötəbər sənədlə Salimdən rəvayət etmişdir: «Rəcəb ayının axırına bir neçə gün qalmış İmam Sadiq (ə)-ın hüzuruna getdim. O Həzrətin (ə) mübarək gözləri mənə sataşan kimi soruşdu: Bu ayda oruc tutmusanmı? Dedim: Yox, yəbnə Rəsuləllah. Həzrət (ə) buyurdu: O qədər savab əlindən çıxıb ki, onun miqdarını Allahdan başqa heç kəs bilmir. Bu elə bir aydır ki, Allah-Taala onu başqa aylara fəzilətli qərar verib və hörmətini böyük tutub. Sonra dedim: Yəbnə Rəsuləllah, qalan günləri oruc tutsam, onun bəzi savablarına nail ola bilərəmmi? Buyurdu: Ey Salim! bu ayın axırında bir gün oruc tutan şəxsi Allah-Taala ölüm çətinliyindən, ölümdən sonrakı qorxudan və qəbr əzabından saxlayar. Onun axırından iki gün oruc tutan şəxs siratdan asanlıqla keçər. üç gün oruc tutan şəxs isə, Qiyamət gününün böyük qorxusundan amanda qalar».

RƏCƏB AYININ ƏMƏLLƏRİ:

1. Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
2. Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.
Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər. Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
İmam Museyi Kazim (ə)-dan belə rəvayət edilər: “Kim rəcəb ayında bir gün oruc tutsa, cəhənnəm atəşi bir illik məsafədə ondan uzaqlaşar. Kim üç gün oruc tutsa, cənnət ona vacib olar.”
3. Sədəqə vermək, - Həzrət əli (ə) belə buyurub: «Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah-Taala onu elə əzizləyər ki, o cür əzizləməni nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın xəyalına gəlib».
4. Rəcəb ayında məsumların(ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti var.
5. Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.
Həzrət Rəsulullahdan (s) nəql edilir: “Hər kim rəcəb ayında 100 dəfə söyləyə: ”əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə, Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar”. Bu ayda çox deyilməsi tövsiyə olunan zikrlərdən biri «əstəğfirullahə və əsəluhut-təubə»-dir.
Gündəlik deyilən başqa bir zikr: Min dəfə “əstəğfirullahə zəl-cəlali vəl-ikarmi min cəmiz-zunubi vəl-asam” demək. şeyx Səduq rəvayət edir ki, əgər bir şəxs rəcəb ayında bu zikri min dəfə deyərsə, Allah-təala buyurar: əgər bağışlamasam sizin Allahınız deyiləm.
6. Bu ayda oruc tuta bilməyənlər üçün zikr
Qısaca rəcəb ayının orucuyla əlaqədar çox fəzilət və savablar nəql edilmişdir. (Bəzi üzrlərdən) rəcəb ayının orucunu tuta bilməyən şəxslər, hər gün yüz dəfə bu zikri söyləsə rəcəb ayının orucunun savabını (qismən də olsa) əldə etmiş olar:
“Subhanəl-İlahil-cəlil. Subhanə məhrum la yənbəğit-təsbihu illə ləhu. Subhanəl-əazzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun.”

RƏCƏB AYININ DUASI

Namazlardan sonra oxunan dua:
Seyid İbni Tavus, (r.ə) Məhəmməd İbni Zəhvandan (r.ə) belə nəql edir: “İmam Cəfər Sadiq (ə)-a “Canım sənə fəda olsun, Rəcəb ayına daxil olub, Allahın məni faydalandıracağı bir duanı mənə öyrətməyinizi istəyirəm”.
İmam (ə) yaz deyə buyurdu:
Ya mən ərcuhu likulli xəyr, və amənə səxətəhu ində kulli şərr, ya mən yutil kəsirə bil qəlil, ya mən yuti mən sələh. Ya mən yuti mən ləm yəsəlh, və mən ləm yərifhu təhənnunən minhu və rəhməh, ətini biməsələti iyyak, cəmiə xəyrid dunya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyak, cəmiə şərrid dunya və şərril axirəh, fəinnəhu ğəyrumənqusin ma ətəyt, və zidni min fəzlikə ya kərim.
Sağ əlin işarə barmağını yellətməyə başlayaranq bu duanı oxu:
Ya zəl cəlali vəl ikram, ya zənnəmai vəl cud, ya zəl mənni vət təvl, hərrim şeybəti ələn nar.
RƏCƏB AYININ ƏN MÜHÜM HADİSƏLƏRİ:
1-rəcəb 57-ci hicrət ili: İmam Məhəmməd Baqirin (ə) mübarək mövludu.
3-rəcəb 254-cü hicrət ili: İmam əli əl-Nəqi Hadinin(ə) şəhadəti
10-rəcəb 159-cu hicri qəməri ili: İmam Məhəmmədtəqi “Cavadüləimmə”(ə)-ın mübarək mövludu.
13-rəcəb hicrətdən 23 il qabaq: İmam əlinin(ə) mübarək mövludu.
15-rəcəb 62-ci hicrət ili: Hz. Zeynəbin (s) vəfatı
25-rəcəb 183-cü hicrət ili: Hz. İmam Musa Kazimin (ə) şəhadəti.
27-rəcəb 13 il hicrətdən əvvəl: Hz. Məhəmməd Müstafanın (s) peyğəmbərliyə məbus olması.


ŞABAN AYI

Mübarək üç aydan ikincisi şaban ayıdır. Bu ay qəməri ayların səkkizincisi olub Rəsulullahın (s) Ramazan ayından sonra ən çox oruc tutduğu aydır.
ŞƏBAN AYININ ƏMƏLLƏRİ:
1. Hər gün yetmiş dəfə de: “əstəğfirullahə və əs’əluhut taubə”. (Allahdan bagışlanmaq istəyirəm və ona tərəf qayıdıram). Hədisdə deyilir ki, kim şəban ayında yetmiş dəfə Allahdan bağışlanmaq istəsə Allah onun günahlarını bağışlayar.
2. Hər gün yetmiş dəfə de: “əstəğfirullahəlləzi la ilahə illa huvər rəhmanur rəhim əlhəyyul qəyyum və ətubu ileyh”. (Rəhman, Rəhim, Həyy və Qəyyum olan Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram). Bəzi rəvayətlərdə bu zikr “əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum ərrəhmanur rəhim və ətubu ileyh” kimi də deyilmişdir. Hər ikisinə əməl etmək daha yaxşıdır. Rəvayətlərdə deyilir ki bu ayın ən yaxşı dua və zikrləri Allahdan bağışlanmaq istəməkdir. Bu ayda hər gün yetmiş dəfə bağışlanmaq istəyən kimsə başqa aylarda yetmiş min dəfə bağışlanmaq istəyən şəxs kimidir.
3. Bu bir ay ərzində min dəfə de: “La ilahə illallah və la nə’budu illa iyyahu muxlisinə ləhud dinə və lau kərihəl muşrikun”. (Allahdan başqa tanrı yoxdur, müşrüklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək ona ibadət edirik). Peyğəmbərdən (s) bu zikr üçün çox savab və fəzilət deyilmişdir, onlardan biri budur ki, onun əməl dəftərinə min ilin ibadəti yazılar.
4. Bu ayın hər dördüncü günü iki rikət namaz qılınır, hər iki rikətdə Fatihədən sonra yüz dəfə İxlas surəsi oxunur. Namazdan sonra yüz dəfə salavat deyilir. Allah-təala belə bir namazı qılanın din və dünya barəsindəki hacətini ona əta edər. Bu gün oruc tutmağın da böyük fəziləti vardır. Rəvayətdir ki, şəban ayının hər cümə axşamı günü (hər dördüncü günü) səmalar bəzənər. Mələklər deyərlər: “İlahi bu gündə oruc tutanları bağışla və onların duasını qəbul et”.
5. Peyğəmbərdən (s.) rəvaətdir ki, şəban ayının bazar-ertəsi və cümə-axşamı günü oruc tutanın Allah iyirmi dünya hacətini və iyirmi axirət hacətini yerinə yetirər.
6. Bu ayda çox salavat deyilməlidir.
ŞƏBAN AYININ DUASI
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.Şəcərətin nubuvvə, və məvziir risalə, və muxtələfil məlaikə, və mədinil ilmi, və əhli beytil vəhyi. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl fulkil cariə fil lucəcil ğamirə yəmənu mən rəkibəha və yəğrəqu mən tərəkəha əl mutəqəddimu ləhum mariqun vəl mutəəxxiru ənhum zahiqun vəllazimu ləhum la hiqun. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əlkəhfil həsin vəl ğiyasil muztərril mustəkin və məlcəil haribin və ismətil mutəsimin. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Səlatən kəsirətən təkunu ləhum rizən və li həqqi Muhəmmədin və ali Muhəmməd ədaən və qəzaən bi həvli minkə və quvvətin ya rəbbəl almin.Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd əttəyyibinəl əbraril əxyaril ləzinə əvcəbətə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəmur qəlbi bi taətikə və la tuxzini bi məsiyətikə vərzuqni bi muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssətə ələyyə min fəzlikə və nəşərtə ələyyə min ədlikə və əhyəytəni təhtə zillikə. Və haza şəhru nəbiyyikə səyyidi rusulikə şəbanal ləzi həfəftəhu minkə birrəhməti vərrizvanil ləzi kanə rəsulul lahi səllallahu ələyhi və alihi yədəbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamihi buxuən ləkə fi ikramihi və izamihi ila məhəlli himamihi. Əllahummə fə əinna ələl istinani bi sunnətihi fihi və nəyliş şəfaəti lədəyhi. Əllahummə vəcəlhu li şəfiən muşəffəən və təriqən iləykə məhyəən vəcəlni ləhu muttəbiən hətta əlqakə yəuməl qiyaməti ənni raziyən və ən zunubi ğaziyən qəd əvcəbtə li minkər rəhmətə vər rizvanə və ənzəltəni darəl qərari və məhəlləl əxyari.
Şaban ayının ən mühüm hadisələri:
Şaban ayının 3-də, hicri 3-cü ildə - İmam Hüseynin (ə) mübarək mövludu günüdür.
Şaban ayının 4-də, hicri 24-cü ildə - Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu günüdür.
Şaban ayının 5-də, hicri 38-cü ildə - Aşura həqiqətlərini dünyaya çatdıran, öz şücaətilə hətta zalım müstəbidləri də çaşqınlığa salan İmam Səccadın (ə) mübarək mövludu günüdür.
Şaban ayının 11-i hicri 33-cü ildə - Kərbəla qəhrəmanı, öz şücaətilə düşməni lərzəyə gətirən, İmam Hüseynin (ə) böyük oğlu - Həzrət Əli Əkbərin mübarək mövludu günüdür.
Şaban ayının 15-də, hicri 255-ci ildə - mübarək zühuru ilə dünyanı zülmdən qurtaracaq, haqq-ədalətlə dolduracaq 12-ci İmamımız - Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) əziz mövludu günüdür.
Nəticə olaraq demək lazımdır ki, biz müsəlmanlar bu üç ayı fürsət bilməli və yerinə yetirəcəyimiz nafilə ibadət və gözəl əməllərlə Allaha daha da yaxınlaşmalıyıq. Fikrimizcə, namaz və orucdan əlavə dərindən düşünərək, nə üçün yaradıldığımızı fikirləşərək, əməllərimizə fikir verməli, xeyir iş görmək üçün yarışmalı, əxlaqi keyfiyyətlərimizin kamilləşməsinə çalışmalıyıq.

Məqalə Foto NƏ ÜÇÜN DİNİ MƏRASİMLƏR KEÇİRİLİR?
Məqalə Şəkili

NƏ ÜÇÜN DİNİ MƏRASİMLƏR KEÇİRİLİR?

Bu gün bizim cəmiyyətdə ünvanlanan suallardan biri də məhz dini mərasimlərin keçirilməsi ilə bağlıdır. Məzhəbindən aslı olmayaraq günümüzün insanları Qurban və Ramazan bayramlarından əlavə, Peyğəmbər (s) və Əhlibeytinin (ə) təvəllüd günlərini və eləcə də şəhid olduqları günləri qeyd etməyin mahiyyəti və faydası haqda maraqlanırlar.

Lakin burada təəssüf olunası məqam budur ki, bəzən belə mərasimlərin mahiyyəti və faydası barədə maraqlanan insanlara bizim cavabımız yalnız bu mərasimləri keçirmənin fəziləti barədə olan hədisləri səsləndirməkdən və ya tövsiyələrdən ibarət olur. Düşünürəm ki, bu günlərin yad olunması barədə dinimizdə vəd olunan savablar və mərasimləri keçirmənin fəziləti haqda olan hədislər bu sualın yetərli cavabı olmur.

Bu gün bu mərasimlərin qeyd olunmasının mahiyyəti və faydası barədə məlumata və maarifləndirməyə ehtiyac vardır.
Burada belə mərasimlərin qeyd olunaraq yad edilməsinin məqsəd, mahiyyət və faydalarının izahı üçün bir neçə aspektdən nəzər salmağı düşünürəm:

1. Dini və mənəvi aspekt

Mərasimləri keçirmək ilahi bir tapşırıqdır. Necə ki, Qurani-Kərimdə oxuyuruq:
“... Allahın) günlərini xatırlat. Bunda çox səbr və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” (İbrahim,5)
Bütün zamanlar Allaha məxsus olsa da bu ayədə Allahın xüsusi günlərindən məqsəd o günlərdir ki, onda mühüm hadisələr baş vermişdir. Allah və elçisi yada düşmüş, xatırlanmışdır.
Həmçinin Peyğəmbərimizn (s) risaləti qarşısında Onun (s) əhlibeyt üzvlərinə sevgi və rəğbət göstərmək də Qurani-Kərimdə qeyd olunubdur:
“...(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində əhli-beytə sevgidən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!”.
Hədislərdə də bizə çatdırılıb ki, sevgi göstərdiklərimiz unudulmamalı, onların şad günündə şadlanmalı, kədərli günlərində də kədərilinməliyik. Demək, normal həyatda yaxınlarımız və dostlarımızla olduğu kimi Peyğəmbər və əhlibeytinin təvəllüd və şəhadət günlərini mərasim şəkilində keçirməklə onlara sevgi elan edilir, onların səf və sırasında olmağa çalışıldığı bildirilmiş olur.
Necə ki, Hz. İmam Əli (ə) bu haqda buyurur: “Bizim tərəfdarlarımız bizə dəstək olurlar. Sevincimizə sevinir, hüznlərimizə kədərlənirlər. Canları və malları ilə bizim üçün çalışarlar. Onlar bizdəndir, biz də onlarlayıq”. (Bəharul-ənvar, c.65, səh.18)

2. Təlim və tərbiyə aspekti

Peyğəmbər və əhlibeytini yaşatmaq və anmaq məqsədi ilə mərasimlərini keçirmənin təlim və tərbiyə baxımından da çox faydası vardır:
a) Dini önəmli şəxsiyyətlərimizn cəmiyyətin yaddaşında daim yaşaması üçün.
b) Dinimizin və Qurani-Kərimin düzgün anlamı yönündə Peyğəmbər və əhlibeytinin fikirlərini öyrənmək və kəlamlarından ibrət alınmaq baxımından.
c) Canlı islam və Quran olan bu şəxslərin sirə və həyat tərzlərinin insanlara örnək kimi tanıtdırılması üçün.
d) Onların Allah və dinimizin yaşaması üçün mübarizələri, amal və məqsədlərinin cəmiyyətdə qorunması və yaşadılmasından ötrü.
Bəzən hadisələr onda olan ibrət və dərslərdən dolayı bir məktəbə çevrilir. Məktəb də yaşamağı labüd edir. Hadisənin qəhramanlarının kimliyi və qoyduğu əsərin dəyər və əzəməti də onun zaman və məkan məhdudiyyətindən xaric edərək əbədiləşdirir.
Biz Peyğəmbər və əhlibeytin kiçik yaşlarından həyat və davranışlarından elm, ədalət, fədakarlıq, səbr, iradə, ixlas, şücaət, qeyrət, ədalət və s. kimi dini və insani dəyərlər öyrənirik.
Bu mərasimlər qeyd olunmaqla insanların qəlblərindəki haqqa olan məhəbbəti və batilə olan nifrəti daha da qətiləşmiş olur.
Bu mərasimlər insanların nəzərində Peyğəmbər (s) və əhlibeytinin (ə) yol və məqsədini canlandırır. Bu canlanma əslində həmin ali məqsədlərə tərəf bir təşviqatdır. Onların hədəfi ümmətin islah olunması, həqiqi İslamın qorunması, batilin həqiqi kimliyinin üzə çıxarılması, batilin necə çirkin bir mövqe olduğunun sübut olunmasıdır.
Belə mərasimlər bizə Allahın qüdrətinə, izzətinə, əzəmətinə sığınaraq, ixlaslı bir niyyətlə və Allah övliyasının əlindən tutaraq hansı ali insaniyyət məqamlarını fəth etməyin mümkünlüyünü əyani olaraq anlatmış olur.

3. Tarixin yaşadılması aspekti

Tarixdə mühüm şəxsləri yaşadan onların etdikləri, bəşəriyyətə töhfələr verdiyi əsərləri, ixtira və kəşfləridir. Buna görə də onları yaşatmaq onların yolunun və sahəsinin yaşamasına gətirib çıxarır. Məsələn, nə qədər ki, Azərbaycan dövləti var, Nizami Gəncəvi, Fizuli, Mirzə Ələkbər Sabir və s. xatırlanmalı, anılmalıdır. Çünki onları yaşatmaq əslində Azərbaycan klassik ədəbiyyatını yaşatmağa xidmət edir. Eləcə də, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlər unudulmamalıdır. Məlum olduğu kimi, Azərbaycan xalqının azad, suveren və rifah içində yaşamasında onların fədakarlığı olub.
Tarixdə hər hansı hadisənin bir daha baş verməməsi üçün hadisəni törədən səbəblərin daim diqqət mərkəzində saxlanılması üçün də gələcək nəsillərə dərsliklərdə qeyd etməklə, tədbirlər və konfranslar keçirməklə yaşatmaq lazımdır. Çünki tarixdən dərs almamaq bir daha yaşamasına şərait yaradar. Bir də ki, o şəxsiyyətləri yaşatmaq elə bizim həyat tapmamız, insanlıq və dəyərlərimizin inkişfı üçündür.
Qurani Kərimin bəzi hissələrində, Allah bizə ilahi şəxsiyyətləri yad edib, xatırlamağı tövsiyə edir. "Məryəm" surəsində (ayə 41) buyurulur: "Bu kitabda İbrahimi də yad et, o, çox düzdanışan şəxs və Allahın peyğəmbəri idi." Sonra onun büt və bütpərəstliklə ciddi və barışmaz mübarizəsi bəyan olunur. Digər bir ayədə, (Məryəm surəsi 56-57) buyurulur: "Kitabda (Quranda) İdrisi yad et; o, çox düz danışan və (böyük) peyğəmbər idi, Biz onu yüksək məqama çatdırdıq." Bunun ardınca ilahi nemətlərdən bəhrələnən sair peyğəmbərlərin adı çəkilir. Başqa bir ayədə isə (Sad surəsi 41-43) buyurulur: "Bizim bəndəmiz Əyyubu xatırla, o zaman ki, Rəbbini çağırdı (və dedi:) "Pərvərdigara! Şeytan məni əzab-əziyyətə salmışdır." (Ona dedik:) "Ayağını yerə vur, sənin üçün içmək və yuyunmaq üçün sərin su çıxar." Ailəsini də ona bağışladıq və onun mislini ona əlavə etdik ki, Bizim tərəfimizdən bir rəhmət, düşüncə sahibləri üçün bir xatırlatma olsun."
Gördüyümüz ki, müqəddəs Qurani Kərim bizə ilahi şəxsiyyətləri xatırlamağı tövsiyə edir. Çünkü onlardan ibrət almaq, başlarına gələnləri eşidərək, düşünmək üçün onları xatırlamağa ehtiyac vardır. Belə görkəmli və tarixi şəxsiyyətlərin xatirəsi əziz saxlanılmalı, onların gözəl məram və bəyanları, əxlaqi səciyyəli xüsusiyyətləri, ictimai mövqeləri daima diqqət mərkəzində olmalıdır.

Sonda çox təəssüflə qeyd olunmalı məqam budur ki, əsrlərdir dünyada kifayət qədər Peyğəmbər və imamların, ziyarətinin, onlara həsr olunan mərasimlərin və əzadarlığının əleyhinə istər fiziki, istər hüquqi və istərsə də ideoloji mübarizə aparılmaqdadır. Bəziləri bu şəxsiyyətləri və hadisəni xatırlamağı bidət və lazımsız hadisə kimi təqdim edərək, insanları bu mərasimlərdən soyutmağa çalışır. Bu keçmişdə də olub, bu gün də davam etməkdədir.
Ancaq narahat olmağa dəyməz. Onların ədalətsiz saldırılarına baxmayaraq bu faydalı ən-ənə keçmişdən bu günümüzə gəlibsə, demək ki, heç nəyə nail ola bilməmişlər. Olmayacaqlar da. Çünki şəxsiyyətləri yaşadan da elə Yaradan özüdür.

Hacı Ramin İgidov

Məqalə Foto SƏNSƏN GÜMANIM HARDASAN?
Məqalə Şəkili

SƏNSƏN GÜMANIM HARDASAN?

Sönməz günəş Sahib zamanım hardasan?
Ruhum, canım, eşqim həyanım hardasan?
Artıbdır artıq əl əmanım hardasan?
Hicrindən Məcnun olmuşam, heyranınam,
Tez gəl, yetiş sənsən gümanım hardasan?

* * *
Gəlmiş bəşər zalimlər oynundan zara,
Gəlki, məzlumların günü olmuş qara,
Gözlərdə yaş, üzlərdə qəm, qəlblər yara,
Öksüz qalan çox körpələr düşmüş dara,
Ümmid yerim, güvənc nişanım hardasan?

* * *
Bəsdir qoydun getdin bizi intizarda,
Çətin gündür müsəlmanlar qalıb darda,
Sənsiz keçən günlər keçir ahuzarda,
Ömrə vəfa yoxdur bilməm bitər harda?
Zühr et, görüm, azdır zamanım hardasan?

Hacı Ramin İgidov

Məqalə Foto BİZDƏN DEYİLDİR!
Məqalə Şəkili

BİZDƏN DEYİLDİR!


" لیس منا... "
Hz. Peyğəmbərin (s) kəlamları əsasında

Orucun tutmayan, namaz qılmayan,
Tanrıdan qorxmayan haqqı bulmayan,
Fəqiri, miskini yada salmayan,
Paxıl yaşayanlar bizdən deyildir!

Günahsız qan töküb, savab sayanlar,
Fitnəyə qurşanıb, fəsad yayanlar,
Qocaya, körpəyə, cana qıyanlar,
Zalim yol azanlar bizdən deyildir!

Xaliqçün, xilqətin payın bölməyən,
Sevgi əsirgəyən, yardım bilməyən,
Nifrin, kin yerinə rəhmi seçməyən,
Daşürək olanlar bizdən deyildir!

Qonşusu ac ikən özü tox yatan,
Haram qazanc edən, haram mal satan,
İnsanı aldadan, oğurluq qatan,
Qul haqqı alanlar bizdən deyildir!

Əmanət bilməyən, əhd eşitməyən,
Sözünə zidd çıxan, vəfa etməyən,
İşinə doğru, həm dürüst yetməyən
Kəzzablar, yalanlar bizdən deyildir!

Günaha harama diqqətsiz qalan,
Nəfsini sorğudan çox uzaq olan,
Valideyn incidən ahların alan,
Haqları dananlar bizdən deyildir!

Hacı Ramin İgidov 05.12.2016

Məqalə Foto QURANA GÖRƏ İNSANIN 10 ZƏİF YÖNÜ
Məqalə Şəkili

QURANA GÖRƏ İNSANIN 10 ZƏİF YÖNÜ

1. İNSAN ÇOX ZALİM VƏ CAHİLDİR

وَحَمَلَهَا الْإِنْسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا
Həqiqətən, insan çox zalım, çox cahildir... (Əhzab, 72)

2. İNSAN TƏLƏSKƏNDİR.
وَيَدْعُ الْإِنْسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ ۖ وَكَانَ الْإِنْسَانُ عَجُولًا
İnsan (özü üçün) xeyir istədiyi kimi, şər də istəyər. Axı insan çox tələskəndir. (İsra, 11)

3. İNSAN MƏNFƏƏT DÜŞGÜNDÜR
وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ
İnsanlara bir mərhəmət daddırdığımız zaman ona görə sevinərlər. Əgər etdikləri (pis əməllər) səbəbilə başlarına bir müsibət gələrsə, dərhal ümidsizliyə düşərlər. (Rum, 36)

4. İNSAN ALLAHA QARŞI ÇOX NANKORDUR.
إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ
İnsan öz Rəbbinə qarşı çox nankordur. (Adiyat, 6)

5. İNSAN HƏRİS VƏ XƏSİSDİR.
وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ
Həqiqətən, insan var-dövlətə çox hərisdir! (Adiyat, 8)



6. İNSAN QISQANC VƏ PAXILLIQ EDƏNDİR.
وَأُحْضِرَتِ الْأَنْفُسُ الشُّحَّ
Ancaq nəfslərdə qısqanclıq həmişə mövcuddur. (Nisa, 128)

7. İNSAN ZƏİF YARADILMIŞDIR.
يُرِيدُ اللَّهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ ۚ وَخُلِقَ الْإِنْسَانُ ضَعِيفًا
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır. (Nisa, 28)

8. İNSAN UNUTQANDIR
وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا
Lakin insan (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik. (Taha, 115)

9. İNSAN BƏHANƏÇİDİR

يَقُولُونَ بِأَلْسِنَتِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ
Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Fəth,11)

10. XİDMƏTDƏ, MƏSULİYYƏTDƏ SƏHLƏNKARLIQ
قُلْ لَنْ تَتَّبِعُونَا كَذَٰلِكُم
De: “Siz heç vaxt bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən sizin üçün belə demişdir” (Fəth, 15)

Məqalə Foto KORONOVİRUSU DƏRD EDƏN XƏSTƏ DÜNYAMIZ!
Məqalə Şəkili

KORONOVİRUSU DƏRD EDƏN XƏSTƏ DÜNYAMIZ!

Hamıya məlum olduğu kimi bu il yeni ilimiz Koronovirusla başladı. Hər yerdə təşviş, hər yerdə həyəcan və hər yerdə qorxu. Gəlin məsələyə bir az da başqa yöndən baxaq.
Görəsən, Koronovirusu böyük dərd edən dünya ölkələri bunları nə zaman dərd edəcək? Yoxsa xəbərsizdirmi?
* * *
Dünyada hər 6 saniyədə bir nəfər, bir ildə isə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd olunub.
Nədən əhəmiyyət verilmir? Çünki iqtisadi səmərəsi 1 trilyon dollardan çoxdur. Ona görə?
* * *
Spirtli içkilərdən istifadə dünyada ölüm səbəbləri arasında 3-cü yeri tutur. Hər il milyonlarla insan onun törətdiyi fəsadlar ücbatından həyatını itirir.
Nədən həyəcan siqnalı çalınmır? Çünki iqtisadi qazancı milyardlarladır. Ona görə?
* * *
Hər il Narkotik maddələr və qeyri-məşru cinsi əlaqələr üzündən milyonlarla gənclərin həyatı dağılır, həyatlar zülmətə çevrilir və insanlar gənc yaşlarındaca məhv olub aradan gedirlər. Bir halda ki, belə hallar çox ölkələrdə heç cinayət belə hesab olunmur? Əksinə xüsusi şərait belə yaradılır.
Nədən laqeyd yanaşılır? Çünki bu şeytan əməllərinin də ekonomik faydası insan həyatından qat-qat dəyərlidir. Ona görə?
* * *
Hər il yarım milyondan çox insan müharibələrdə ölür. BMTnin hesabatına görə son 25 il ərzində müharibələrdə 12.5 milyon müsəlman həyatını itirib. Onlardan 3 milyondan çoxunu uşaqlar təşkil edib.
Nədən biganəlik var? Çünki 3-də biri müharibə şəraitində olan ölkələrin demək olar ki, hamısı müsəlman ölkələrinin acı qismətinə düşür. Silah ticarəti parta-part gedir, həm də ölənlərin irqinə, dininə və millətinə baxır bu dünya. Ona görə?
* * *
Dünyada hər gün aclıqdan 25 min adam ölməkdədir. Yer üzündə hər 5-10 saniyə içərisində bir uşaq aclıqdan həyatını itirir. Yaşadığmız kürədə 821 milyon insan acdır. 2 milyard insan yoxsulluq və 753 milyon insan isə həddsiz fəqirlik şəraitində həyatda qalmağa çalışır.
Nədən tədbir alınmır? Çünki ən üstün varlıq olaraq yaradılan insan, ən alçaq məxluq və ən vəhşi heyvandan da dəhşətli hala gəlib yırtıcı eqoizmə yoluxub tək özünü düşünür, öz kapitalını, bank hesabını qaldırmağa çalışır. Ona görə?
* * *
Dünyada yurd yuvasından didərgin düşən insanların sayı 21.5 milyondur. Hər il minlərlə uşaq, qoca və qadın dəniz və çay sahillərindən keçərkən ölümə tərk edilir. Yurd yuvasından didərginlər yollarda soyuqdan, qidasızlıqdan və müxtəlif məhrumiyyətlər ücbatından ölümə yuvarlanırlar.
Nədən çarə tapılmır? Bir halda ki, humanizmdən dəm vurub, heyvanların belə qayğısına qalan iddiaçı dövlətlər və beynəlxalq təşkilatlar olduğu halda nədən tüklərini belə tərpətmirlər?
* * *
Görəsən bunlardan qorunmaq və həyacan siqnalı çalıb bəşəri vicdanları titrətməklə dünya ölkələrinin səfərbər olması üçün bu öldürücü amillərin də adı KORONOVİRUSmu qoyulmalıdır?
MƏNCƏ ÇARƏ, DÜŞÜNÜB ANLAMAQDA, İSLAH ETMƏKDƏ, DÜZƏLMƏKDƏDİR, BİR DƏ DUADA. ALLAH ÖZÜ NƏZƏR ETSİN, QƏZƏB YOX!
Ramin İgidov

Məqalə Foto İmam Hüseyn vücudunun bərəkət və özəllikləri
Məqalə Şəkili

İmam Hüseyn vücudunun bərəkət və özəllikləri



1. HİDAYƏT MƏŞƏLİ VƏ NİCAT GƏMİSİ:
إنَّ الحُسَینَ مِصباحُ الهُدی وسَفینَةُ النَّجاةِ
Bildiyimiz kimi bütün peyğəmbərlər və imamlar məşəllər, nicatverənlər və xilaskarlardırlar. Necə İslam Peyğəmbəri (s) bu haqda buyurur: «Həqiqətən mənim əhli-beytimin məsəli Nuhun (ə) gəmisinə bənzər. Hər kim ona daxil olarsa nicat tapar və hər kim ondan üz döndərərsə həlak olar».
Hüseyndir ki, öz qiyamı, şəhadəti, ailəsinin əsarəti baha¬sına fitnə dolu təlatümlü dənizin dalğaları arasında haq¬sevərləri və qafilləri haqq sahilinə çəkərək onlara nicat bəxş etdi. Və tarix boyu bütün bəşəriyətə öyrətdi ki, zülmün qarşısında amansız olub son ana qədər müqavimət göstər¬mək lazımdır.
Hüseyn «hidayət məşəli»dir. Ona görə ki, O cahilliyin, pis¬liyin qaranlıq zülmətində insanlığa bir çıraq olub onları aydınlığa çıxartdı. Onları bir məşəl kimi haqq nuruna gətirib çıxartdı.

2. GİZLİN VƏ MİSLİSİZ MƏHƏBBƏT:
اِنَّ لِقَتْلِ الْحُسَیْنِ علیه السّلام حَرارَةً فى قُلُوبِ الْمُؤمنینَ لا تَبْرُدُ اَبَداً
İslam Peyğəmbərinin (ə) Hüseyn haqda olan hədislərindən biri ümmətin onun tərəfindən mənəvi təsirlənməsinə aiddir. Bu barədə Peyğəmbərimiz buyurur: «Möminlərin qəlbində Hüseynə nisbət gizlin məhəbbət vardır». Bu kimi hədisləri əsas tutaraq demək olar ki, Allahın istəyi bu imamın məhəbbətinin tarix boyu qəlblərdə yaşamasındadır. Təsadüfi deyil ki, öz qanı, canı və malı hesabına Allahın dinini müdafiə edən bu şəxs Allah yanında xüsusi məqama sahibdir. Elə bu üzdən onun məhəbbəti hətta öz düşmənlərinin belə qəlbində kök salmışdır. Fərəzdəq demişkən: «Düşmənlərin tərəfində olanların qəlbləri onunla idi. Lakin dünyapərəstlik sarıdan qılıncları ona tuşlanmışdır».

3. DOQQUZ İMAMIN ATASI:
«أَنَّ اللَّهَ عَوَّضَ الْحُسَیْنَ ع مِنْ قَتْلِهِ أَرْبَعَ خِصَالٍ - جَعَلَ الشِّفَاءَ فِی تُرْبَتِهِ وَ إِجَابَةَ الدُّعَاءِ تَحْتَ قُبَّتِهِ وَ الْأَئِمَّةَ مِنْ ذُرِّیَّتِهِ وَ أَنْ لَا تُعَدَّ أَیَّامُ زَائِرِیهِ مِنْ أَعْمَارِهِمْ»؛
İmam Hüseyn (ə) şəxsiyyətinin özəlliklərindən biri də onun ondan sonra digər 9 imamın atası olmasıdır. Yəni ondan sonrakı imamlar məhz bu imamın övladı İmam Səccadın nəslindən davam etmişdir. Necə ki, İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşdur: «Allah İmam Hüseynin (ə) qətlinin əvəzində o Həzrətə 4 xüsusiyyət bəxş etmişdir: 1) İmaməti onun nəslindən qərar vermişdir. 2) Şəfanı o həzrətin pak türbətində qərar vermişdir. 3) Onun məqbərəsi kənarında dua etməyi qəbul və müstəcəb saymışdır. 4) Onu ziyarət edənlərin (ziyarət) günlərini ömürlərindən hesab etməmişdir». (Vasail c.10, səh.329).

4. ŞƏFAƏT ETMƏK:
اَللّـهُمَّ ارْزُقْني شَفاعَةَ الْحُسَيْنِ يَوْمَ الْوُرُودِ (زیارت عاشورا)
پكُلُّ عَيْنٍ بَاكِيَةٌ يَوْمَ اَلْقِيَامَةِ إِلاَّ عَيْنٌ بَكَتْ عَلَى مُصَابِ اَلْحُسَيْنِ فَإِنَّهَا ضٰاحِكَةٌ مُسْتَبْشِرَةٌ بِنَعِيمِ اَلْجَنَّةِ
Şəhidlər ağası İmam Hüseynın (ə) başqa bir məqam üstünlüyü onun Qiyamətdə şəfaət sahibi olmasıdır. Şəfaət etməsindən məqsəd günahkar Peyğəmbər ümmətinə Allahdan vasitəçilik edib bağışlanmaq və əfv diləməsidir. Bu məqamı Allah istədiyi seçilmiş saleh bəndələrinə yəni Peyğəmbər və məsum imamlara vermişdir. Necə ki, Həzrət Əli (ə) buyurmuşdur: «Bizim üçün və bizi sevənlər üçün şəfaət vardır». (Xisal səh.624)

5. ONU SEVƏNLƏR BEHİŞT ƏHLDİRLƏR:
ان الحسین باب من أبواب الجنة.
فإن الحسين بن علي هو سيد شباب أهل الجنة
İmam Hüseyn (ə) vücudunun fərdi əsər və fəzilətlərindən biri də onu sevənlərinin və hətta tərəfdarlarının da Behişt əhli olmasıdır. Necə ki, Hüzeyfə ibni Yəman deyir: «Bir gün Allahın Rəsulu (s) İmam Hüseynin əlindən tutub buyurdu: «Ey camaat, bu Hüseyn ibni Əlidir. Onu tanıyın. Canım ixtiyarında olan Allaha and olsun ki, o behiştdədir və (hətta) onu sevənləri sevənlər də Behişt əhlidirlər». (Bəhar c.43, səh. 262).
Bir gün Allahın Rəsulu nəvələri Həzrət Həsən (ə) və Hüsey¬nin (ə) əllərindən tutub buyurdu: «Hər kim bu iki uşağı və onların ata-analarını sevsə Qiyamət günü mənim mərtəbəm¬də mənimlə birgə olacaqlar» (Kamiluz-ziyarət səh.32).
Habelə O Həzrət buyurdu: «Agah olun, Hüseyn behişt qapı¬larından bir qapıdır. Hər kim düşmənçilik edərsə Cənnətin iyi ona haram olacaqdır». (Səfineyi-Bəhar səh.257).

5. ONA DÜŞMƏN OLMAQ ALLAHIN LƏNƏTİNƏ DÜÇAR OLMAQDIR
"Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni Allah sevər."
Sonuncu səmavi kitaba ikinci dəfə həyat bəxş edən və mənim hədəflərimə həyat verən, onları dirildən nəvəm Hüseyn olacaq. Ona görə peyğəmbər buyuyrurdu, Mən də Hüseyndənəm!
إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُهِينًا

Məqalə Foto Həzrət İmam Hüseynin (ə) əxlaqi səciyyələri
Məqalə Şəkili

Həzrət İmam Hüseynin (ə) əxlaqi səciyyələri

Bildiyiniz kimi İslam dininə görə İmamət mərtəbəsi olduqca məsuliyyətli və əhəmiyyətli bir vəzifədir. Belə ki, Uca Yaradanın Peyğəmbərimizin (s) vasitəsilə bəşəriyyətə ərməğan etdiyi həqiqi dinin saflığı və təhriflərdən, xurafatlardan qorunub, saxlanması məhz İmamın öhdəsinə düşür.
Peyğəmbərimizin (s) tam hüquqlu canişini sayılan İmam, dinimizdə hələ də xalqa tam, şərhli formada bəlli olmayan mühüm məsələləri, insanlara olduğu kimi, lazımı formada izah verib, açıqlayır.
İmam, həmçinin, dinə qarşı irəli sürülən yanlış iddiaları, dinimizlə fikri mübarizə aparan yadların müxtəlif şübhələrini mükəmməl şəkildə cavablandırır.
İmam Peyğəmbərimizdən (s) sonra müsəlmanların rəhbərliyini öhdəsinə alaraq, ən ali hökmə və həlledici qərarlara sahibdir.
İmam həm də, nümunəvi bəndə, kamil bir insan olaraq ilahi höccəti və Allahın yer üzərindəki ən əzəmətli feyz, mərhəmət vasitəsidir.
Sözsüz ki, belə ağır, ciddi və dəyərli vəzifənin öhdəsindən gələn şəxs olduqca ali mə`nəvi keyfiyyətlərə malik olub, hər bir günahdan, xətadan uzaqdır. Yə`ni məsum insandır. Elə bunun üçün də, bu məqama seçilən şəxslər birbaşa Allah-taala tərəfindən tə`yin olunur.
İmam Hüseyn (ə) də digər imamlar (ə) kimi mə`sumdur. Bundan əlavə o, ilahi kamilliyin tam zirvəsində durur.


1-İbadəti
﴿وما أمروا إلّا لیعْبدوا اللّه مخْلصین له الدّین حنفاء ویقیموا الصّلاة ویؤْتوا الزّکاة وذلک دین الْقیّمة﴾
“Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”
Tarixçilərin yazdıqlarına və mə`sumlardan bizə gəlib çatmış hədislərə əsasən İmam Hüseyn (ə) Allaha olan ibadətinə ciddi şəkildə əhəmiyyət verir, gün ərzində vaxtının çox hissəsini yüzlərlə rükət namaz qılaraq, ibadətlə keçirirdi. Keçən bəhslərimizdə işarə etdiyimiz kimi O, iyirmi beş dəfə piyada həcc ziyarətinə getmişdi.
İbn Əbdül Birr deyir: «Həzrət Hüseyn (ə) çox fəzilətli və Allahşünas bir şəxs idi. O, çoxlu namaz, oruc və həcc yerinə yetirirdi.»
İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn Zübeyrə yetişdikdə dedi: «Allaha and olsun elə şəxsi öldürdülər ki, gecələr uzun-uzadı ibadət edir, gündüzlər də oruc tuturdu.»
Zərəndi Hənəfi deyir: «Hüseyn ibn Əli (ə) namaz, oruc, həcc və sonsuz ibadət əhli idi. Səxavətli və kəramətli idi.»
Məhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn Əli (ə) təvazökar və abid bir şəxs idi. Gecələr oyaq qalıb, ibadətlə məşğul olardı...»


2-Güzəşt və mərhəməti
﴿وجزاء سیّئةٍ سیّئةٌ مّثْلها فمنْ عفا وأصْلح فأجْره على اللّه﴾
«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.» (Şura surəsi, ayə 40.)
Mərhəmət və şəfqət imamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli olduğu zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən şəxslərlə təmkinlə davranmışdır, O, nəinki, səbirsizlik göstərərək onları cəzalandırmamış hətta dini nəciblik nümayiş etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi sakitləşdirməyə çalışmışdır. Ona qarşı edilən ədəbsizliyin nə qədər böyük olmasına baxmayaraq, əməlinin qəbahətini anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış, təqsirinə göz yummuşdur. İmamın (ə) saymaqla qurtarmayan belə alicənab hərəkətlərindən bir neçəsinə işarə edirik:
a) Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə deyir: «Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak, əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan düşmənçilik hissim indi daha da alovlanmağa başladı. Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq mehribancasına söylədi: «Şam (Dəmeşq) əhlisənmi?»
Dedim: «Hə, nə olub ki?»
Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət Məhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım, mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, mənim işimi çətinləşdirməyəsən. Allaha tövbə et və bağışlanmağını dilə. Əgər məndən kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım olsa, nəyə ehtiyacın varsa sənə verərəm. Həmçinin doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq yoluna irşad edərəm.»
Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) səmimiyyət, mərhəmət dolu sözlərinin qarşısında utandım və ona dediyim ləyaqətsiz sözlərə görə xəcalət çəkib, peşman oldum.
İmam Hüseyn (ə) mənim peşman olduğumu duyaraq, Yusif peyğəmbərin (ə) öz günahkar qardaşlarına söylədiyi bu ayəni oxudu: «Bu gün sizə qarşı heç bir danlaq və məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin ən mərhəmətlisidir.»
Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə o qədər təsir etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer yarılaydı, yerə girəydim. Amma Hüseynə (ə) belə ədəbsizcəsinə davranmyaydım.»
b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək yeyirdi. Elə bu vaxt qaynar xörəklə dolu qazanı süfrəyə gətirən qul ehtiyatsız davranaraq, isti xörəyin hamısını İmamın (ə) üstünə dağıtdı. Cəzalandırılacağından qorxan qul üzünü İmama (ə) tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim olarlar.»
İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın.»
Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar. »
İmam (ə) buyurdu: «Səni bağışladım.»
Qul yenə bir ayə oxudu: «Allah gözəl əməl sahiblərini sevir.» (Ali İmran surəsi, ayə 134. )
İmam (ə) buyurdu: «Səni Allah yolunda azad etdim.» Sonra isə qula cürbə-cür qiymətli hədiyyələr verərək onu azad etdi.»
v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz deyə və sol qulağımın kənarına keçib peşman olduğunu söyləyərək üzr istəyə, mən onu bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: «Allahın Rəsulundan (s) eşitdim: «Üzr istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız.»

3-Səxavəti
﴿والّذین صبرواْ ابْتغاء وجْه ربّهمْ وأقامواْ الصّلوة وأنفقواْ ممّا رزقْناهمْ سرًّا وعلانیةً ویدْرؤون بالْحسنة السّیّئة أوْلئک لهمْ عقْبى الدّار﴾
«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir və pisliyin qarşısını yaxşılıq etməklə alırlar (gözəl) axirət yurdu məhz onlarındır.» (Rəd surəsi, ayə 22.)

İmam Hüseyn (ə) böyük kəramət və səxavət sahibi idi. O, maddi imkani az olan şəxslərə, ehtiyaclı insanlara əl tutur və daim onların köməyinə çatırdı. Bəzi nümunələr:
a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı ktabında Şüeyb ibn Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) şəhid edildikdən sonra, onun kürəyində qabar bağlamış yaralar göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin əlamətləri olmadığını görüb, İmam Səccadı (ə) yaxına çağırdılar. Ona bunun nə olduğunu soruşdular. Həzrət Səccad (ə) buyurdu: «Atam gecələr (niqabla üzünü örtüb) çörək və yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar söylədiyim kisələrin izləridir. »
Bəli, elə buna görə də, Həzrət İmam Məhəmməd Baqir (ə), Şəhidlər ağası Hüseyni (ə) «yetimlərin baharı və sevinci» adlandırmışdır.
b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu Haşim Qənnaddan nəql edir ki; «Bəsrə şəhərindən Həzrət Hüseynə (ə) nəfis hədiyyələrlə dolu karvan gəldi. Bu vaxt İmam (ə) bir ağacın kölgəsində əyləşmişdi. O, bütün hədiyyələri zavallı, yoxsul insanlara paylayıb qurtarmayınca öz yerindən qalxmadı.»
v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət Hüseynin (ə) hüzuruna gəldi və ona məktub verdi. Məktubda yazılmışdı: «Ey Əba Abdullah (ə)! Beş yüz dinar borcum var. Borclu olduğum şəxslər məni incidir. Onlar səbirsizliklə pulu ödəməyimə israr edirlər. Mənim isə heç nəyim yoxdur. Get, onlarla danış, pul sahiblərini qane et ki, mən pul toplayana qədər gözləsinlər.»
İmam (ə) məktubu oxuduqdan sonra borclu kişini evinə də`vət etdi. Ona min dinar pul verərək belə buyurdu: «Bu pulun beş yüz dinarı ilə borcunu ödə. Yerdə qalan beş yüz dinarla isə öz həyatını yenidən qur ki, heç kimə möhtac olmayasan.»
q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn (ə) yataqda xəstə yatan Usamə ibn Zeydin yanına onu yoxlamağa getdi. Xəstənin gözü İmama (ə) sataşdıqda kədərli halda dərindən ah çəkdi. İmam (ə) buyurdu: «Qardaşım, nə üçün qəmlisən?» Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə, min dinar miqdarında bəzi şəxslərə borcum var.»
Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm.»
Usamə dedi: «Qorxuram ki, borclu halda öləm.»
İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki sağsan, mən sənin borcunun hamısını ödəyərəm.»Və belə də etdi.»
q) Yaqut Müstəsəmi, Ənəs ibn Malikdən belə rəvayət edir: «Mən (Ənəs ibn Malik) İmam Hüseynlə (ə) birlikdə söhbət edirdim. Elə bu vaxt kənizi İmamın (ə) yanına gələrək ona bir ədəd qızıl gül bağışladı. İmam (ə) buyurdu: «Allah yolunda səni azad etdim.»
Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var ki, siz bunun üçün kənizi azad etdiniz?»
İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə etmişdir: Ənəs ibn Malik«Sizə xeyirxahlıq etdikdə siz də, ondan daha yaxşı xeyirxahlıq və daha üstün hədiyyə edin.»
d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu vaxt yoxsul bir ərəb onun evinə gələrək, kömək istədi. İmam (ə) namazı qurtarıb Qənbər adlı xidmətçisinə buyurdu: «Hicazdan evimizin ehtiyaclarını ödəmək üçün gələn puldan bir şey qalıbmı?»
Qənbər dedi: «Yalnız dörd min dinar qalıb.»
İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını buraya gətir. Bu şəxsin pula bizdən daha çox ehtiyacı var.»
Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq, belə söylədi: «Əfsuslar olsun ki, bu səxavətli əllər sonda torpaqla örtüləcək.»
e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol kənarında kimsəsiz itə yemək verən, nəvaziş göstərən bir qulu gördü. Ondan nə üçün belə etdiyini soruşdu. Qul dedi: «Mən həm qəzəbli və həm də kədərliyəm. Bu çarəsiz iti sevindirərkən xoşhal oluram. Mənim sahibim yəhudidir. O, məni incidir.»
İmam Hüseyn (ə) yəhudinin yanına getdi və qulun pulunu ödəyib, azad etmək istədi. Yəhudi Həzrət Hüseyni (ə) tanıdı. O, İmamın (ə) hörmətinə qulu pul almadan azad etdi. Belə olduqda İmam (ə) pulu da qula verdi.»
ə) «Əbdürrəhman Səlami, İmam Hüseynin (ə) övladlarından birinə «Həmd» surəsini öyrətdi. Övladının «Həmd» surəsini əzbər oxuduğunu görən İmam (ə), Əbdürrəhmana min dinar pul, bir ovuc dürr hədiyyə verdi. Və buyurdu: «Bütün bunlar sənin işin müqabilində dəyərli deyildir.»
j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə gəldim. Kənizi ona su verdi. İmam (ə) mehribanlıqla onun üzünə baxıb bir miqdar pul hədiyyə etdi və buyurdu: “Bununla ailənin ehtiyaclarını ödə. »
z) Əbul Müəyyid, Həsən Bəsridən nəql edir ki, İmam Hüseynin (ə) bol bəhrəli bir bağı var idi. Günlərin birində İmam (ə) bağına baş çəkməyə getdikdə «Safi» adlı qulunun orada oturub nahar yediyini gördü. Qul hər dəfə özü üçün çörək kəsib götürdükdə yanındakı kimsəsiz itə də verir, onun da qayğısına qalırdı. Yeməyi qurtardıqda qul dedi: «Bütün aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər olsun! Ey mənim Allahım, ağamı və məni bağışla...»
İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən azadsan və mən bu bağı da Allah yolunda sənə hədiyyə edirəm.»


4- Təvazökarlığı
﴿واخْفضْ جناحک للْمؤْمنین﴾
«Mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et)!» ( Hicr surəsi, ayə 88.
Diqqət etmək lazımdır ki, İlahi şəxsiyyətlərin ən ali mənəvi xüsusiyyətlərindən biri də, onların təvazökarlığıdır. Deməli İmam Hüseyn (ə) izzət, iftixar və vüqar imamı olduğu kimi, eyni halda təvazökarlıq, ürəyiaçıqlıq və şəfqət imamıdır. O, necə ki, digər üstün mənəvi, ruhani xislətləri ilə məşhurdur, öz təvazökarlığı ilə də həmişə müsəlman aləminin diqqət mərkəzində olmuşdur. O, heç vaxt digər insanlara laqeyd münasibət bəsləməmiş, qullar, yoxsullar və hətta uşaqlarla birlikdə əyləşib onlara qonaq olmuşdur.
Həzrət Hüseyn (ə) nəinki heç vaxt miskin insanlara etinasızlıq, hörmətsizlik etməmiş, həqiqətdə həmişə onlara xüsusi ehtiram və qayğıyla yanaşmışdır. Bununla da o, öz rəftarı ilə bütün bəşər övladına daim təvazökarlıq dərsi vermişdir. Bu barədə bir neçə rəvayət sizə təqdim edirik:
a) «Bir qrup kimsəsiz, yoxsul adamlar bərabər oturaraq əski parçalarının üzərinə tökdükləri quru çörək qırıntılarını yeyirdilər. İmam Hüseyn (ə) onların yanından keçərkən onu da yeməyə dəvət etdilər. İmam (ə) fağırların dəvətini qəbul etdi və onlarla bərabər diz üstə əyləşib çörək qırıntılarından yeməyə başlayaraq buyurdu: «Şübhəsiz ki, Allah-taala təkəbbürlü (loğva) insanları sevmir.» Yeyib qurtardıqdan sonra isə buyurdu: «Sizi evimə dəvət etsəm qəbul edərsinizmi?»
Dedilər: «Bəli.» İmam onları evinə apardı və möhtəşəm qonaqlıq verdi.»
b) Şəhidlərin ağası Hüseyn (ə) bir dəstə yetim, zavallı uşağın yol kənarında yığışaraq quru çörək yediyini gördü. Uşaqlar İmamı (ə) gördükdə onu da birgə yeməyə çağırdılar. İmam (ə) uşaqların dəvətini mehribanlıqla qəbul etdi. Onlara qoşulub çörək yedi. Sonra onları ehtiramla evinə aparıb qonaq etdi. O, uşaqlara geyim və ərzaq da verdi. İmam (ə) buyurdu: «Bu balacalar çox səxavətlidir, çünki onlar əllərində olan yeganə azuqələrini mənimlə palyaşdılar.»
v) Biyabanda yaşayan köçəri bir ərəb İmam Hüseynə (ə) yaxınlaşaraq əsəbi halda dedi: «Sən çox təkəbbürlü görünürsən?»
İmam Hüseyn (ə) gülümsəyərək buyurdu: «Qardaşım, təkəbbür yalnız tək olan Allah-taalaya məxsusdur və Uca Tanrıdan qeyrisinə təkəbbürlü olmaq yaraşmaz. Amma o ki, qaldı mənim rəftarıma, məgər eşitməmisən ki, Allah buyurur: «İzzət Allaha və Peyğəmbərinə və mömünlərə məxsusdur?» (Yəni mən izzət və vüqar sahibiyəm, lakin təkəbbürlü deyiləm.)

5-Allah qorxusu
﴿إنّما یخْشى اللّه منْ عباده الْعلماء﴾
«Bəndələri içərisində Allahdan ancaq alimlər qorxar.(Fatir surəsi, ayə 28.)

(Onlar elm sahibləri olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)»
Mənəvi üstünlüklərin və İlahi əxlaqın şahı olan İmam Hüseynin (ə) olduqca dəyərli və hamımıza nümünə ola biləcək xüsusiyyətlərindən biri də, ona daim hakim olan Allah qorxusu idi. O, Böyük Yaradana olan sonsuz imanı nəticəsində həmişə Allah qarşısında məsuliyyət hissi daşıyır, Qüdrətli Xaliqi hər şeyə nazir görərək öz bəndəliyinə aciz şəkildə izhar edirdi.
a) İbn Səbbağ Maliki «Fusulül-mühimmə» adlı kitabında rəvayət edir ki, Həzrət Hüseyn (ə) həmişə namaz qılmaq istərkən qorxusundan rəngi saralardı. Bunun səbəbini ondan soruşduqda isə buyurdu: «Heç bilirsinizmi mən kimin qarşısında durub ibadət etmək istəyirəm?»
b) İbn Şəhr Aşub yazır: «İmam Hüseyndən (ə) soruşdular: «Nə üçün Allahdan bu qədər qorxursan?»
İmam (ə) buyurdu: «Yalnız bu dünyada Allahdan qorxan (və əməllərinə diqqət edən) insanlar qiyamət gününün (əzabından) əmin-amanlıqda olacaqlar.»
İmamımızın (ə) Allah-taalaya əsl itaətkar qul olmasını özündə təcəssüm etdirən çox saylı minacatları da mövcuddur.

6-Allah eşqi
﴿والّذین آمنواْ أشدّ حبًّا لّلّه﴾
«Allaha iman gətirənlərin Onaolan məhəbbəti dahada şiddətlidir.» Bəqərə surəsi, ayə 165.
İmam Hüseyn (ə) Allah qarşısında məsuliyyət və qorxu hissi ilə bərabər Tanrıya olan eşqi, sevgisi ilə də məşhur idi. Necə ki, Qurani-Kərim mömünləri vəsf edərək buyurur: “Bizim ayələrimizə iman gətirənlər yalnız o şəxslərdir ki, «... öz Allahını qorxu və məhəbbətlə (ümidlə) səsləyirlər...»[ Səcdə surəsi, ayə 15-17.]
Elə buna görədə İmam Hüseyn (ə) belə buyurur: «İlahi, kor olsun o gözlər ki, səni özünə hakim bilməyə və həmçinin necə də, bədbəxtdir o bəndə ki, sənə eşq məhəbbət bəsləməyə»
İmam Hüseynin (ə) ibadi minacatları, həqiqətdə Allah hüzurunda izhar etdiyi «eşqnamə» ləridir. Məşhur «Ərəfə» duasını oxuyan hər kəs Allah müqabilində aciz və eyni halda aşiq bir qulun öz ağası ilə necə də raz-niyaz etdiyinin şahidi olur.
Bu duada, Allahına, «mən sənə müştaq və sənin aşiqinəm» «sən mənim arzumsan»-deyə, müraciət edən Hüseyn (ə) həmçinin öz «qəlbində Allahdan qeyrisinin eşq-məhəbbəti olmadığına» da təkid edir. O, əsl eşqin, həqiqi məhəbbətin Tanrıya məxsus olduğunu dəfələrlə vurğulayaraq buyurur: «İlahi, səni tanımayan şəxs nəyi tapmış olur, səni tapan insan isə nəyi itirmiş olur? Ey Allah, səndən başqasına razılaşan şəxs, hər bir şeydən məhrumdur!»
Bütün vücudunu Allah eşqi saran Həzrət Hüseyn (ə) sanki hər ləhzə onun varlığını daha da hiss edir və hər an ilahi gözəlliyini yaxından seyr edərək, öz sevgisini izhar edir: «Ey Böyük Allah bütün varlığı sənə bağlı olan bir şey sənin varlığına necə dəlil ola bilər? Sən nə vaxt gizli olmusan ki, insanları sənə doğru hidayət edən bir sübuta ehtiyac duyulsun? Nə vaxt uzaqlaşmısan ki, nişanə və əlamətlərin səni insanlara tanıtdırsın? Məndən ayrılmamısan ki, sənin hüzurunu istəyim? Gizli qalmamısan ki, səni aşkara çıxardım? Kor olsun səni görməyən gözlər! Bir halda ki, sən həqiqətən də, onun yanındasan və ondan muğayatsan!»
Əziz oxucu, bir sözlə doğrudan da, imam Hüseyn (ə) bir «ilahi eşq» məktəbidir.

7-Ədəb və nəzakəti
﴿وقل لّعبادی یقولواْ الّتی هی أحْسن... ﴾
«(Ya Rəsulum!) Bəndələrimə de ki, «ən gözəl sözləri söyləsinlər»...» «Ərəfə duası», səh. 6.

Sözsüz ki, Əhli-beyt (ə) öz gözəl xüsusiyyətləri ilə daim ən kamil insan nümunəsi olmuşdur. Həzrət Əbu Abdullah Hüseyn (ə) də alicənablığı, ədəb və nəzakətinə görə İslam dünyasında böyük rəğbətlə mədh edilir. Belə ki, onun hələ uşaqkən özündə əks etdirdiyi bu nəcib xüsusiyyətinə həmişə müsəlmanlar tərəfindən sitayiş edilmişdir. İmamın (ə) bu gözəl, dəyərli xasiyyətinə bir neçə nümunə gətiririk:
a) İmam Hüseyn (ə) hələ kiçik yaşlarında öz qardaşı ilə çay kənarından keçirdi. Onlar səhv şəkildə dəstəmaz alan bir kişi ilə rastlaşdılar. Kişi utandırmamaqla bərabər ona düzgün formada dəstəmaz almadığını anlatmaq məqsədi ilə olduqca nəzakətli bir yol seçdilər. Qardaşlar kişinin yanına gəlib, belə söylədilər: «Əmi, bax gör biz hansımız yanlış formada dəstəmaz alırıq?»
Sonra isə hər ikisi düzgün şəkildə dəstəmaz aldılar.
Uşaqların ağıllı rəftarı nəticəsində səhvini anlayan kişi gülüb dedi: «Siz ikinizdə dəstəmaz əməlini doğru şəkildə əncam verdiniz. Mənim dəstəmaz almağım isə yanlış idi. Amma indi sizin alicənab hərəkətiniz ilə mən düzgün formada dəstəmaz almağı öyrəndim.»
b) «Kasıb bir Mədinəli müsəlman, Osman ibn Əffanın yanına gəlib ondan kömək dilədi. Osman ona beş dirhəm verdi.
Kasıb dedi: «Ən səxavətli şəxsləri mənə göstər.»
Osman, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfəri göstərərək dedi: «Bu cavanlara müraciət et.»
Kasıb kişi İmam Həsənin yanına gəlib ona əl tutmasını xahiş etdi. İmam (ə) kişiyə 50 dinar verdi.
Kişi sonra İmam Hüseynə (ə) müraciət etdi Həzrət Hüseyn (ə) də ədəbi riayət edərək özündən böyük qardaşının ehtiramına görə, ona bir dinar az yəni 49 dinar bağışladı.
Abdullah ibn Cəfər də, Həzrət Hüseyni özünə nümunə seçib kasıb kişiyə 48 dinar hədiyyə etdi.
Mədinəli kişi həm onların səxavətinə, həm də ədəb və nəzakətinə heyran qalaraq, əhvalatı Osman ibn Əffana danışıdı.
Osman dedi: «Bəli bunlar kimi alicənab və nəcabətli şəxslər heç yerdə tapılmaz. Çünki elm və anlayışı babalarının (Həzrət Məhəmmədin (s)) sinəsindən irs apardılar. Və dəyərli hikmətə yetişdilər.»
d) İmam Hüseynin (ə) sədəqə verərkən gizli verməsi, bəzən qapıya gələn dilənçini utandırmamaq üçün gah niqabla, gah da qapı arxasından əta etməsi onun necə də, möhtəşəm ədəb sahibi olmasından xəbər verir.

Məqalə Foto ALLAH AYINDA, ALLAH EVİNDƏ, ALLAHA SƏCDƏDƏ ALLAHIN VƏLİSİ “ÖZÜNÜ ALLAH BƏNDƏSİ HESAB EDƏN” ŞƏXS TƏRƏFİNDƏN ŞƏHİD EDİLDİ
Məqalə Şəkili

ALLAH AYINDA, ALLAH EVİNDƏ, ALLAHA SƏCDƏDƏ ALLAHIN VƏLİSİ “ÖZÜNÜ ALLAH BƏNDƏSİ HESAB EDƏN” ŞƏXS TƏRƏFİNDƏN ŞƏHİD EDİLDİ

İslam tarixində demək olar ki, müsəlmanın müsəlman bir şəxsiyyətə qarşı cinayətin ən böyüyü İbn Mülcəmin əli ilə oldu. Allah ayında, Allah evində, Allaha ibadət edərkən Allahın Vəlisi - yəni Həzrət Əli (ə) İbn Mülcəm adlı bir ibadətdən dizləri qabar olmuş cahil ifratçı müsəlman tərəfindən zəhərlənmiş qılıncla qətlə yetirildi.
Bu hadisədə Hz. İmam Əli (ə kimi məsum şəxsiyyət zərbə aldıqda: “And olsun Kəbənin Allahına ki, qurtuldum” deyərək ah çəkibdir. Doğrudan da Əli (ə) qurtulmuşdu. Canını qurtarmışdı. Çünki sözlərini quyuya danışan, haqsızlığa uğrayan, olduğu kimi tanınmaz şəxs artıq yorulmuşdur.
Ramazan ayının 19-cü gecəsi onun cisminə terror edildi. Ancaq unutmayaq, O şəxsiyyətə şəhadətə yetdiyi gecəyə qədər az terror edilməmişdi. Onun cisminin qətlinin iştirakçısı tək İbn Mülcəm olsa da, qətl gününə qədər şəxsiyyətini qətl edənlər az deyildi. Özü də hamısı İslam ümməti iddiaçısında olanlar.
Şəhid olan günə qədər o qədər haqqında təhqirlər, yalan məlumatlar və söyüşlər söyləmişdilər ki, namaz üstə şəhid olduğunu eşidəndə təəccüb etmişdirlər. “Məgər, Əli (ə) namaz qılırdımı?”deyə.
Elm dəryası, möminlər ağası, yetimlər atasını zamanasının müsəlmanları düzgün tanıya, dəyər verə bilmədi. Görəsən indi bu zamanada yaşasaydı necə, düzgün qiymət verilərdimi? Fikrimcə yox, çünki görürük ki, hər zamanın öz İbn Mülcəmləri, Yezidləri var. Bir dostum demişkən “Bəzi müsəlmanlar İbn Mülcəmə nifrət edərək özü də bilmədən içərisində bir İbn Mülcəm bəsliyir”.
* * *
İbn Mülcəm kimdir? Bu haqda daha gözəl şəkildə savadlı teloq və filosof kimi tanıdığım Emin İmanlı qardaş öz Facebook səhifəsində qeyd edibdir. Mən də bu gözəl tanıtımı sizə təqdim edirəm:
İbn Mülcəm kimdir?
İbn Mülcəm sadəcə tarix kəsiyində yaşamış bir fərdin adı deyil.
İbn Mülcəm xəyal və təəssüblərin əsiri olan biridir.
İbn Mülcəm hər kəsin həyatına çevrilə bilər.
İbn Mülcəm özünü mütləq həqiqət sanan bir azğındır.
İbn Mülcəm Allah adı ilə adam öldürür.
İbn Mülcəm məscidə gedir, amma zalım və azğındır.
İbn Mülcəm mən, sən və s. ola bilər.
İbn Mülcəm ad deyil, məramdır.
İbn Mülcəm sadəcə Əlinin qatili deyil, həm də ağıl və şüurun qatilidir.
İbn Mülcəm ikiüzlülük qılıncı ilə "həqiqət"in başını yaran kəsdir.
Həqiqət:
– insanlıq və azadlıqdır,
– qurtuluşdur,
– nəfsə tapınmağa, qüdrət sevdasına yox deyə bilməkdir.
Həqiqətlə savaşırıqsa, deməli, İbn Mülcəm adına layiq biriyik, hərçənd, şəxsiyyət vəsiqəmiz bu adı təsdiqləməsə də.

Məqalə Foto ERKƏN EVLİLİK VƏ ERKƏN NİŞANLANMA
Məqalə Şəkili

ERKƏN EVLİLİK VƏ ERKƏN NİŞANLANMA

Nə zaman evlənmək olar?
İslam dini ibadət üçün yaş təyin etdiyi kimi evliliyin üçün konkret heç bir yaş həddi təyin etməyibdir. Amma bəzən evliliyin yaşının bir tək xronoloji baxımdan “həddi buluğ” yaşına yetişməni əsas götürmək yanlışdır. Peyğəmbərimizin (s) kəlamlarından anlaşılır ki, dinimiz evliliyi, bir şəxsin ailə qurmasını qüdrət və imkan əldə etdiyi, hər cəhətdən hazır olduğu təqdirdə gecikdirmədən tövsiyə edir. Buna görə də İslam dini evlililik üçün yaş həddi qoymayıb. Bu məsələ bir ölkədən digərinə, iqlimə və irqə görə və insanların fərdi fizki, bioloji, psixoloji və sosial şərtlər baxımından fərqlidir.
Belə halda qısa olaraq demək olar ki, evlilik üçün tövsiyə olunan yetkinlik yaşı aşağıdakılardan ibarətdir:
1. Xronoloji yetkinlik;
2. Bioloji yetkinlik;
3. Sosioloji yetkinlik;
4. Psixoloji-mental yetkinlik.
Gənclərin - istər oğlan olsun və ya qız bu dört baxımdan yetkinlik yaşına çatdığı təqdirdə evliliyə qüdrət və imkan əldə etmiş olur. Belə olan halda da gecikmədən evlənmələri tövsiyə olunur.
Əgər insan bioloji cəhətdən yetkinlik yaşına çatıbsa, bu o demək deyil ki, onun psixoloji, əqli və sosial vəziyyəti də qənaətbəxşdir. Gəlin bu gün real cəmiyyətimizi analiz edək. Gürcüstanda bütün gənclərin hamısı məhz 18 yaşında evlilik həyatı yaşamağa nə dərəcədə qadir olurlar? Oğlanın evlənməsi üçün hansı şərtlər var?
Evlənmək üçün ilk növbədə iqtisadi təminat olmalıdır. Gələcək ailənin sorumluluğunu, yükünü daşıması və lazımi həddə ailə xərclərini təmin etməsi üçün bu məsələ olduqca vacibdir.
Bu gün yaşadığımız dünyada evlənəcək bir şəxsin sosial təminatı formalaşdırması üçün müəyyən mərhələləri keçməlidir. Orta məktəbi bitirməli, ali təhsil almalı və ya bir peşə sahibi olmalı hərbi xidməti başa vurmalıdır. Nəticə etibarı ilə belə olduğu halda təbii ki, erkən deyil, vaxtında evlilik baş tutacaqdır. Əlbəttə evlənərkən tam geniş maddi imkanı olması şərt deyil. Sadəcə onu qazanmaq potensialına malik olması kifayət edir. Bir də Allaha arxalanmaq lazımdır ki, çünki ruzini verən Odur.
Əlbəttə burda yanlış anlaşılmasın. Belə yuxarıdakılara yiyələnmədiyi təqdirdə evlənmək tövsiyə hesab olunmasa da haram deyil. O da səhv anlaşılmamalıdır ki, yeni qurulan ailəyə heç olmasa bir müddət valideynlərin dəstəyinə heç bir ehtiyac qalmır.
Təəssüflə bu gün yaşadığmız cəmiyyətdə görürük ki, ekonomik, qeyri düzgün təlim və tərbiyə, yaşına uyğun məşğuliyyətin olmaması və s. müxtəlif səbəblər üzündən yuxarıda qeyd etdiyimiz yetkinlik sahələri bir-birini tamamlamır. Bəzən biri digərini üstələyir. Gəlin baxaq, Gürcüstan yeniyetməsinin xronoloji yaşı il-bəil artdıqca digər əqli, sosioloji yaşları da arta bilirmi? Uşağın hər dörd sahədən yetikinliş yaşa çatması nadir hallarda harmonluq təşkil edərək bərabər inkişaf edir.
Yəni psixoloji baxımdan və ailənin iqtisadi cəhətdən təmini sahəsində ailənin kişisi və gələcəyin atası olmağa hazır olmayan gənclər bioloji baxımdan şəhvani hissləri oyandığından evlənmək fikrinə düşür və ya ailənin tərəfindən buna məcbu edilir. Nəticədə erkən evləndikdən az sonra müəyyən ailə məişət zəminində problemlər yaşanmağa başlayır. Ailəni idarə etməyi və evdarlığı bacarmayan cütlük arasında anlaşılmamazlıq, zorakılıq halları və boşanmalar qarşıya çıxır.
Dinimiz insan tələbatları ilə harmoniya təşkil edən ümumbəşəri dindir. Dinimizə görə insanın təbii ehtiyaclarının qarşısına heç bir şəkildə sədd çəkilməməlidir. Sadəcə bütün emosional və şəhvani hisslərin ağıl və məntiqə tabe olaraq onun kontrolu çərçivəsində yaşaması tövsiyə olunur. Çünki insanın xöşbəxtliyi, sağlam ailə sahibi olması, gələcəyə sağlam övlad bəxş etməsi daha önəmlidir. Başqa sözlə desək, ailə, islama görə, kiçik bir ictimaiyyətdir. Sağlam ailə sağlam ictimaiyyət deməkdir. Sağlam övlad tərbiyə edib ictimaiyyətə təhvil vermək hər bir valideynin borcudur. Yəni qüdrət dedikdə təkcə şəhvani hislər deyil, bütün bu məsələlər nəzərə alınmalıdır. Məhz bu halda cəmiyyətimizdə sağlam, sarsılmaz xöşbəxt ailələrin formalaşdığının şahidi olacağıq.
Erkən yaşda nişanlamaq olarmı?
Yuxarıda da qeyd etdiyimiz kimi, evliliyin konkret xronoloji yaşı olmadığı kimi, nişanlama, yəni ad eləmənin də konkret yaşı yoxdur. Ancaq diqqət olunmalıdır ki, gələcəkdəki evliliyi öncədən bir növ razılaşdırma apararaq nişan edərkən bu suallara cavab tapılmalıdır:
1. Oğlan və qızın razılığı varmı və ya artıq düzgün seçim etmə, qərarvermə qabiliyyətinə malikdirlərmi? Yoxsa bunların yerinə valideynlərmi qərar verir? Evlilik vədəsinə çatdıqda fikirləri necə dəyişməz olaraq qalacaqmı?
2. Belə halda cütlüklər İslamın tövsiyə etdiyi elm öyrənməkdən və ya gələcəkdə evlilik yükünü götürmək üçün ailədaxili ehtiyacları qarşılamaqdan ötrü formalaşa və püxtələşə biləcəklərmi?
3. Bu hal yaxında nişanlanmanın iqtisadi yükündən qurtulmaq üçün evliliyi tezləşdirməyəcəkmi?